Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda peyvənd vurduranlara güzəştlər tətbiq oluna bilər
Vaksin - peyvənd

Gürcüstanda koronavirus əleyhinə peyvəndin hər iki dozasını vurduran vətəndaşlar üçün müəyyən güzəştlərin tətbiqi məsələsi nəzərdən keçirilir.

“Report” xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, həmin şəxslərə açıq havada qoruyucu maska taxmamağa və komendant saatının tələblərinə riayət etməməyə icazə verilə bilər: “Bir sıra ölkələrdə tam peyvəndlənmə kursunu keçənlərdən açıq məkanlarda maskadan istifadə tələb olunmur. Onlar üçün bəzi digər məhdudiyyətlər də aradan qaldırılır”.

Baş epidemioloq qeyd edib ki, mayın 15-dək Gürcüstanda 14 minə yaxın şəxs tam vaksinasiyadan keçəcək.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »