Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvanda mənzillər kəskin ucuzlaşıb: Şəhəri tərk edənlər çoxalıb
Yerevan, İrəvan, Ermənistan

Qarabağda məğlubiyyət Ermənistanda müxtəlif sahələrdə özünü göstərir. Mənzil bazarında vəziyyət kəskin dəyişib. Ölkəni tərk etməyə can atanların çoxluğu bazarda satışa çıxarılan mənzillərin sayını artırıb. Təbii ki, bu tendensiya qiymətin nəzərəçarpan dərəcədə aşağı düşməsinə səbəb olub.

Bizimyol.info xəbər verir ki, Ermənistan Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər acınacaqlı durumdan danışır. Məhz məğlubiyyətdən sonra ölkədə mənzillər dəyərsizləşməyə başlayıb. Xüsusilə İrəvanda qiymətlər çox aşağı düşüb.

Yerli media paytaxtın mənzil bazarı barədə material hazırlayıb. Bir çox ekspertlərdən fikir öyrənilib. Ümumi fikir belədir ki, paytaxt sakinləri çox bədbinləşib. Onlar mənzillərini satışa çıxarmaq üçün fövqəladə vəziyyətin sona çatmasını səbirsizliklə gözləyirmiş.

Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin birinci rübündə İrəvanda 2420 mənzil satılıbmış. 2021-ci ilin ilk 3 ayında cəmi 2020 mənzil yeni sahibini tapıb. Yəni təkcə qiymət aşağı düşməyib, həm də satış həcmi azalıb.

Komitənin təqdim etdiyi rəqəmlərə göz gəzdirəndə İrəvanın mərkəzində qiymətlərin təxminən 10 faiz azaldığı nəzərə çarpır. 2020-ci ilin birinci rübündə mərkəzi rayonlarda mənzilin kvadratmetri 665 min dram (təxminən 1280 dollar) qiymətləndirilirmiş. Bu il qiymət orta hesabla 607 min drama (1170 dollar) qədər düşüb.

Daha bir tendensiya odur ki, Ermənistanda iqtisadi vəziyyət çox ağırlaşdığından, şəhərin yüksək qiymətləndirilən yerlərində yaşayanlar mənzillərini sataraq kənar ərazilərə üz tutur. Buna görə şəhərin ən ucuz istiqaməti sayılan Nubaraşendə mənzillərin dəyəri azalmayıb, hətta müəyyən artım müşahidə olunur.

Torpaq sahələrinin satışı da zəifləyib. Üstəlik, qiymətlər də kəskin azalıb. Torpaq satışının azalmasıyla bağlı bir statistik məlumatı çatdırmaq kifayətdir. Keçən ilin birinci rübündə şəhərdə 15 hektar ərazi satılıbmış. Bu il cəmi 8 hektardan söhbət gedir.

Yerli mətbuat bünövrəsi atılan göydələnlərdə işin sürətləndiyini yazıb. Amma bunun əsas səbəbi karantin rejimində tikintilərə icazə verilməməsidir. Sahibkarlar bir növ indi yaranmış fürsəti dəyərləndirməyə çalışır, yarımçıq işləri başa çatdırırlar.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »