Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq artistinin videosunu yayanları hansı cəza gözləyir: Bu, artıq ictimai təhlükədir
Xalq artistinin videosunu yayanları hansı cəza gözləyir: Bu, artıq ictimai təhlükədir

Sosial şəbəkələrdə insanların şəxsi həyatını əks etdirən videolar yayılmaqdadır. Bir neçə aydır ki, artıq bu intensiv hal alıb. Demək olar ki, hər gün telefonu, kompüteri açar-açmaz müxtəlif sahələrdən olan insanların özəl videolarının yayılmasının şahidi oluruq. Bu videoların kimlər tərəfindən çəkilməsi, yayımlaması, hansı məqsədin güdüldüyü isə sual olaraq qalır. Artıq az qala öz evimizdə də ehtiyatlı olmuşuq ki, səhər duranda özümüzü internetdə görərik.

Texnalogiya o qədər həyatımıza daxil olub ki, nə qədər çalışsaq da, uşaqları da bu bəladan uzaq tuta bilmirik. Böyüklərlə yanaşı, azyaşlı uşaqlar da həmin görüntüləri izləyir. Bunun onların psixologiyasına hansı formada təsir edəcəyini düşünmək belə insanın tüklərini biz-biz edir.

Dünən isə hər kəsin çöhrəsində təbəssüm yaradan, böyükdən-kiçiyə hamının sevimlisi olan, xalq artisti, gülüş ustası Arif Quliyevin xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulu vəziyyətdə çətin nəfəs alan halını əks etdirən video görüntüsü yayıldı. Bu görüntüləri izləmək olduqca ağır idi. Xalq artistinin vəziyyətinin onsuz da ağır olduğunu bilirdik. Tibb işçilərinin yaydığı bu görüntü kimə nə qazandırdı? Artıq canımızı belə əmanət etdiyimiz tibb işçilərinə də güvənməyək? Reanimasiyada xəstəyə yardım etmək əvəzinə onun görüntülərini çəkib, yayımlamaq hansı vicdandan xəbər verir?

Düşünün, hazırda xəstə olan digər insanlar bu videonu izlədikdən sonra necə psixoloji sarsıntı keçirə bilərlər və vəziyyətləri daha da ağırlaşa bilər.

Xəstəxanadan isə məsələyə aydınlıq gətirərək bildirilib ki, xalq artistinin aparata qoşulmuş vəziyyətdə görüntüsünü xəstəxanada çalışan kiçik tibb işçisi çəkib və onun nüfuzlu şəxs olduğunu düşünərək paylaşıb. Bununla bağlı həmin əməkdaş ciddi cəzalandırılıb.

“Həmin videonu yayan şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilə və tutduğu vəzifədən uzaqlaşdırıla bilər”.

Bu fikirləri hüquqşünas Səməd Vəkilov Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, həkimlərin etik davranış kodeksinə, əhalinin sağlamlığının qorunması haqqında qanuna və həmçinin Cinayət Məcəlləsinə görə onun yaydığı məlumat həm həkimlik sirrinin açılması, həm də şəxsi həyata müdaxilədir.

Səməd Vəkilov Səməd Vəkilov

“Arif Quliyevin hazırki durumunda özünün və ailə üzvlərinin razılığı olmadan çəkildiyi və yayımlandığı üçün bu şəxsi həyata müdaxilədir. Qanunvericiliyə görə, həmin şəxsin fəliyyətinə qadağa qoyula və vəzifəsindən müvəqqəti uzaqlaşdırıla bilər. Həkimlərin etik davranış qaydalarına görə, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlarla bərabər informasiya həkim sirrini təşkil edir.

Görürsünüz, xəstələrin sayı açıqlanır, amma onların kimliyi açıqlanmır. Çünki bu həkim sirrinin predmetidir.

Bu videonu da maraqlı olsun deyə yayıblar, amma çox biabırçı görüntülərdir. Həmin şəxs cəzalandırılmalıdır ki, camaata dərs olsun. Məsuliyyətə cəlb olunması üçün Arif Quliyevin ailəsi məhkəməyə müraciət edə bilər”.

Leyla Mirzə

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »