Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobil qaçıran və marketdən oğurluq edənlər saxlanılıb
Avtomobil qaçıran və marketdən oğurluq edənlər saxlanılıb

Nəsimi rayonunda 3 avtomobil qaçıran və 1 marketdən oğurluq edən şəxslər saxlanılıblar.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində bir neçə gün əvvəl rayon ərazisində yerləşən marketlərin birinin pəncərəsini sındıraraq ora daxil olub obyektdən 834 manatlıq müxtəlif növ tütün və şirniyyat məhsulları, habelə, kassadan 20 manat pul oğurlanmaqda şübhəli bilinən İmişli rayon sakini Zaur Gözəlov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Z.Gözəlov cari ilin aprel ayında həmyerlisi Şəhriyar Musayevlə birlikdə Nəsimi rayonu ərazisində talama məqsədi olmadan müxtəlif şəxslərə məxsus iki “VAZ 2107” və bir “Ford Transit” markalı nəqliyyat vasitələrini qaçırıb. Həyata keçirilən əməliyyat nəticəsində Ş.Musayev də saxlanılaraq istintaqa təqdim edilib. Hər iki şəxs ifadələrində etdikləri cinayətləri etiraf ediblər.

Onlar barəsində Nəsimi Rayon Polis İdarəsinin İsitntaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq, yaşayış sahəsinə, habelə, binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 185.2.1, 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Zaur Gözəlov və Şəhriyar Musayevin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »