Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hökuməti tənqid etmək yaxşı iş deyil, amma iqtisadi vəziyyət mürəkkəbdir...”
Araz Ağalarov

“İqtisadiyyatda situasiya mürəkkəbdir, indiki mərhələdə biznesin inkişafı barədə düşünmək deyil, onu qoruyub saxlamaq barədə düşünmək lazım gəlir. Hər şey üst-üstə düşüb-həm pandemiya, həm vergi yükü, hansı ki, sahibkarları sıxır... Mənim fikrimcə bu vergi yükü reallıqlara uyğun gəlmir”,-Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov TASS-a verdiyi geniş müsahibədə belə deyib.

Biznesmen bildirib ki, hökuməti tənqid etmək ən yaxşı iş deyil, amma faktdır ki, bütün səviyyələrdə biznes büdcəyə hər 1 rubl gəlirdən 40 qəpiyini verir. “Daxili bazarda işləmək üçün müəssisələr yaradanlar üçün bu, ağır yükdür. Mənim mövqeyim belədir. Məcmu tələbat azalıb, bir çox insanların maaşları aşağı salınıb, gəlirlər hər il azalır...”,-Ağalarov gileylənib.

Biznesmenin fikrincə, vergiləri azaltmaq çoxdan lazımdır. Lakin o, hökumətin indi bu addıma getməyəcəyini başa düşdüyünü deyir. Bununla belə “nələrisə dəyişməyin lazım olduğunu” bildirir.

“Ölkədə sanki iki iqtisadiyyat var. Müxtəlif. Kimsə kredit vəsaitləri və öz vəsaitləri hesabına biznes qurub. Və bu ayrı mövzudur. Digərləri isə iri müəssisələrin sahiblərinə çevriliblər, hansı ki, onları özləri qurub yaratmayıblar, özəlləşdirmədə əldə ediblər. Onlara afərin, lazım olan vaxtda lazım olan yerdə olublar, bu gün isə istehsala nəsə yatırırlar, onların aktivlərinin məcbu dəyərinə uyğun gələn kredit öhdəlikləri də yoxdur.Razılaşın ki, bu tamam başqa şərtlərdir. Burada müəyyən ədalətsizlik var, mən belə hesab edirəm. Ona görə də deyirəm: bizə piylənmək vaxtı deyil, indiki repertuarı saxlamaq, sifətini itirməmək lazımdır. Bu çətindir, amma öhdəsindən gəlirik”,-Araz Ağalarov deyib.(virtualaz.org)

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »