Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Övladlarını bir il gec məktəbə yazdırmaq istəyən valideynlərin nəzərinə...
Onlayn təhsil, dərs

Birinci siniflərə sənəd qəbulu başlayıb, lakin bəzi valideynlər hələ də övladlarını məktəbə göndərməkdə tərəddüd edir. Buna səbəb isə hazırkı vəziyyət və dərslərin online formada aparılmasıdır.

Bir çox valideynlər düşünür ki, online təhsil zamanı uşaqların dərsləri mənimsəməsi zəif olur. Ona görə də, öz övladlarını bir il daha gec ümumtəhsil müəssisəsinə yazdıraraq, ənənəvi təhsilə keçidi gözləyirlər. Bir ildən çoxdur davam edən qlobal böhranın isə nə zaman bitəcəyi hələ ki, heç kimə məlum deyil.

Təhsildən bir il geri qalan uşaqlar gələcəkdə hansı problemlərlə qarşılaşacaq? Valideynlərin bu addımı öladlarını gələcəyinə necə təsir edəcək?

Təhsil eksperti Elçin Əfəndi məsələ ilə bağlı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, valideynlər çox böyük səhv edirlər və bununla övladlarının həyata atılmasına, gələcək kariyerasına böyük təsir etmiş olurlar.

Elçin Əfəndi Elçin Əfəndi

“Bu addım uşağın yaşından, təhsilə marağından geri qalmasına gətirib çıxaracaq. Ona görə də, valideynlər bu məsələdə daha adekvat addım ataraq, övladlarının orta ümumtəhsil müəssisələrinə başlamasına imkan yaratmalıdırlar.

Mən valideynləri də qınamıram. Uşaqlar ənənəvi təhsil formasında daha çox bilik əldə edə bilirdilər.  Hazırda tətbiq olunan online təhsil forması isə təssüflər olsun ki, biliyin mənimsənilməsinə imkan vermir. Amma bu bizə əsas vermir ki, uşağın birinci sinifə getməsinin qarşısını alaq. Biz nəzərə əlsaq ki, qarşıdakı dövr ərzində ənənəvi təhsil olmadı və 10 il sonra oldu. Biz oturub gözləməli deyilik ki, online təhsildən ənənəvi təhsilə keçid olsun və sonra biz uşaqlarımızı məktəbə göndərək. Bu cür düşüncə absurddur. Vaxt itkisi gələcəkdə uşaqlarda psixoloji problemlər yarada bilər. Həmçinin bilirsiniz ki, 18 yaşına çatmış oğlanlar həqiqi hərbi xidmətə çağırılır və bu məsələdə də problemlər yaşanacaq. Belə bir proses doğru olsaydı, dövlət tərəfindən bildirilərdi ki, əziz valideynlər övladlarınızın 6 yaşı varsa, siz onları gözlədin və 1 il sonra ümumtəhsil müəssisələrinə göndərin”.

Ekspertin sözlərinə görə, böyük ehtimalla 2021-2022 təhsil ilində ənənəvi təhsil formasına başlana bilər.

“Dünyanın müxtəlif ölkələrində araşdırma aparsaq, görərik ki, hətta 15-16 yaşında ali təhsili bitirmiş hesab olunurlar. Çünki onlar daha çevik davranmaq istəyirlər. Müasir dövr insanlardan çeviklik, intensiv inkişaf tələb edir. İnformasiya, texnologiya zamanında yaşayırıq. Nə üçün biz tədrisə, öyrənməyə geridən başlamalıyıq? SSRİ dövründə 7 yaşdan və ya müəyyən gecikmələrlə məktəbə getmək ola bilərdi. Hazırkı dövr isə bunu qəbul etmir. 21-ci əsr daha erkən yaşlardan öyrənməyi tələb edir. Valideynlər düşünməsinlər ki, distant təhsil davam etdiyi üçün uşaqlarımızı 6-7 yaşdan qoyaq məktəblərə. Bu yalnış düşüncədir. Bu vəziyyətin neçə ilə bitəcəyi məlum deyil. Amma peyvəndləmə aparılır və sentyabr ayından ənənəvi təhsilə keçid gözlənilir”.

Leyla Mirzə

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »