Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda Kimyəvi Silahları Məhvetmə Komissiyası yaradılır
Nazirlər Kabineti

Azərbaycan ərazisində aşkarlanan kimyəvi silahın məhv edilmə qaydası müəyyənləşib.

Bizimyol.info xəbər verir ki,  ölkə ərazisində aşkarlanan bütün növ kimyəvi silahlar Konvensiyada nəzərdə tutulan hallarda və Konvensiyaya uyğun olaraq bu Qayda (Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilməsi Qaydası”) ilə müəyyən edilmiş qaydada məhv olunacaq.

Kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə məlumat daxil olduğu andan 3 gün müddətində bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu tərəfindən bu Qaydada göstərilən Kimyəvi Silahları Məhvetmə Komissiyasına verilir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Komissiya formalaşdırılır.

Bu Qaydada nəzərdə tutulan məlumat alındıqdan sonra 10 (on) gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi ilə bağlı plan 4 hazırlanır və onun surəti 2 (iki) gün müddətində Milli İnspeksiya Qrupuna göndərilir.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »