Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saatlıda sosial etiraz: "Mənim pensiyamla Qarabağ alınırsa, verdim getdi"
Saatlıda sosial etirazlar

Saatlı rayonunda bir qrup şikayətçi İcra Hakimiyyətinin binası qarşısında etiraza toplaşıb. Rayon sakinləri İcra başçısının otağından çıxmayıb insanlarla görüşməməsinə etiraz edir. Dərdi-səri olan sözünü ona demək üçün günlərlə İcra Hakimiyyətinin binası qarşısına ayaq döyməkdən yorulsalar da, nəinki icra başçısını görmürlər, onları heç içəri buraxan da olmur.

“Dərdimizi deməyə bir adam tapa bilmirik, çıxsın bizi ən azından dinləsin”,- deyir camaat.

Məzrəli kənd sakini, şikayətçi Əliyev Tofiq qeyd edir ki, problemləri həll etmək üçün onlara məhkəməyə getməyi tövsiyə edirlər, məhkəmə də deyir yalnız cinayət işlərinə baxırıq. Yəni onun sözlərinə görə, məhkəmə mülki iddialara baxmaqdan boyun qaçırır.

Pensiyaçı deyir xəstəyəm, pensiyamı kəsiblər ki, Qarabağla əlaqədardır. “Mən infarkt keçirmişəm, ağciyər xəstəsiyəm. Mənim pensiyamla Qarabağ alınırsa, verdim getdi. Amma belə deyil axı. Yoxlanmadan necə pensiyamı kəsə biliblər?”.

Etirazçılar deyirlər ki, İcra başçısı öz qaynını özünə köməkçi götürüb, onunla özünü müdafiə edir. Saatlı rayon İcra hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, zənglərimizə cavab ala bilmədik. Amma ümid edirik ki, başçı rayon sakinlərinin şikayətlərini dinləməyə vaxt ayıracaq və mətbuatın sorğuları da cavablandırılacaq.

Qeyd edək ki Saaatlının İcra hakimiyyətinin başçısı Elmir Bağırovdur. Əslən Masallının Hışdərə kəndindəndir. 41 yaşı var. Ailəlidir, 3 övlad atasıdır. Ötən il Saatlıya başçı təyin olunub. Camaatın arasına az çıxdığına və faktiki olaraq fəaliyyəti gözə dəymədiyinə görə kimsə pis və ya yaxşı insan olduğunu deyə bilmir. Əhalinin əsas narazılığı ondandır ki, İcra Hakimiyyəti insanların sosial problemləri ilə bağlı şikayətlərini dinləmir və müvafiq qurumlar qarşısında problemlərin həlli üçün məsələ qaldırmır.

Saatlı əkinçilik rayonudur. Əhali əsasən əkinçilik, heyvandarlıq və quşçuluqla dolanmağa məhkumdur. Rayonda sənayeləşmə sıfır səviyyəsindədir. Torpaq sahələri isə getdikcə daha çox inhisarlaşır. Bundan başqa suvarma mənbələri üzərində də inhisarlar qurulmağa başlayıb ki, bu da imkansız və nüfuzu olmayan əkinçiləri suvarma imkanlarından məhrum edir.

Həmçinin son vaxtlar əlillik pensiyalarının kütləvi ləğvi rayonda sosial vəziyyəti daha da ağırlaşdırıb. Pensiyası kəsilən vətəndaşların şikayətlərinə nə İcra Hakimiyyəti, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavab verir. Hətta məhkəmələrin də bu mövzuda iddiaları baxış üçün qəbul etmədiyi deyilir.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› DSX-nin əsgəri özünü güllələyib
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
Son xəbərlər
Bütün xəbərlər »