Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzrü günahından betər: Sığalın yeni adı
Hüseynbala Mirələmov

“Üzrü günahından betər” misalı nədir bilirsiniz? Bir padşah da bilmirmiş. Vəzirindən soruşur ki, bu nə deməkdir? Vəzir ha istəyir başa salsın, padşah anlamır. Vəzir bir az susur. Sonra anidən padşahın  yanından bir çimdik alır. Padşah qəzəblənir, gözü  qan çanağına dönür, “bu nə deməkdir belə?” deyib bağırır, vəzir də arsız-arsız üzünə baxıb gülümsəyir. “Bağışla  qurban olum, elə bildim  arvadımsan, əlim dinc durmadı”.

Padşah qəzəblə qalxıb cəlladı çağırır ki, arsız, həddini bilməyən vəzirin boynunu vurdursun,  vəzir əlini sinəsinə qoyub baş əyir ki, başına dönüm “üzrü günahından betər” olmaq bu deməkdir.

Hüseynbala Mirələmovun haqqında yayılan videoya heç bir şərh bildirmədim, bildirməyəcəkdim də. Ta o vaxta qədər ki, onu əcaib-qəraib formada müdafiə edənlər meydana gəlməsəydi. Biri deyir ki, “Bu sosial şəbəkə istifadəçiləri onu əməlli-başlı çaşdırıblar. Sən demə, bir müddət imiş ki, gözündən müalicə alırmış, yəni uzağı görmə qabiliyyəti pisləşib, eynəksiz ətrafı tor görür. Konfrans zamanı isə o, əlini atıb köməkçisindən çıxış mətnini istəyirmiş, əli ilə həmin kağızı axtarırmış... Bunu da mərdimazarlar qeydə alıb sosial şəbəkələrdə pis mənada yayımlayıblar”.

Biri deyir, “köməkçisi kar imiş, dediyini eşitməyib deyə kişi onu dümsükləyib”.

Biri deyir, “kişi adından da göründüyü kimi seyiddir, sığallamırmış, əl çəkirmiş”.

Biri deyir, “Hüseynbala  yaxşı kişidir, onu belə rüsvay eləmək olmaz”.

Hüseynbala Mirələmov özü bu hadisəyə  görə düşünür ki,  “bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin”.

Qısası hamı günahkar imiş, oğrudan başqa. Məni təəccübləndirən budur ki, cəmiyyətdə hansısa nüfuzlu şəxsin biabırçı videosu yayılanda  bir çox tanınmışlar  hadisəni “malalamaq “ üçün dərhal söz tapa bilirlər. Gülünc də olsa, biabırçılıq da olsa, buna başqa cür don  geyindirməyi ustalıqla bacarırlar. Bu kimi hadisələrin fonunda  edilən bu gülünc müdafiələr “üzrü günahından betər” misalının yeni tərzdə təqdimatıdır, başqa da bir şey deyil.  Hüseynbala Mirələmovun etdiyi bir ayıb idisə, bu cür qondarma izahlar ikiqat ayıbdır.

 İlhamə Rəsulova

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »