Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaqut Qarayeva: "Vaksinasiya insanları hər zaman ölümcül xəstəliklərdən qoruyur"
Yaqut Qarayeva

“COVID-19-la bağlı yuxarı risk qrupuna səhiyyə işçiləri daxildir”.

Bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, orta risk qrupuna ictimai nəqliyyatda işləyən insanlar daxildir: “Aşağı risk qrupuna isə ofis şəraitində işləyən, insanlarla çox təmasda olmayan peşələrdə çalışanlar daxildir”.

Y.Qarayeva qeyd edib ki, iş yerlərində qaydalar və prosedurlar iş sahəsindən asılı olaraq yenidən işlənilməli və beynəlxalq qaydalara adaptasiya edilməlidir: “Bəzi yerlərdə məcburi olaraq əlcəklər taxılır. Əlcəkdən düzgün istifadə olunmadıqda isə xəstəlikdən qorumur. Əlcəkdənsə əllərin tez-tez dezinfeksiyası bizi xəstəlikdən daha yaxşı qoruyar”.

Departament müdiri müəssisə rəhbərlərinə müraciət edib. O qeyd edib ki, hər zaman vaksinasiya nəticəsində insanlar ölümcül xəstəliklərdən azad olub: “Statistikaya əsasən 2021-ci il üzrə Azərbaycanda koronavirusa ən çox yoluxanlar səhiyyə işçiləri olub. İkinci yerdə SOCAR, sonra təhsil işçiləri və dənizçilər arasında daha çox yoluxmalar qeydə alınıb”.(apa)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »