Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov: “Donbassda müharibənin qarşısını almaq mümkündür”
Sergey Lavrov

“Rusiya pasportuna malik 500 min nəfər əhalinin yaşadığı Donbassda müharibənin qarşısını almaq mümkündür və bu, vacibdir”.

APA-nın “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov adıçəkilən regionda mümkün müharibə variantını dəyərləndirərkən deyib.

O, bu fikirlərinin Rusiyanın mövqeyi olduğunu vurğulayıb. Rusiya XİN başçısı qeyd edib ki, Ukrayna tərəfinin və şəxsən Prezident Vladimir Zelenskinin sözügedən məsələyə yanaşması barədə məlumatı yoxdur.

S. Lavrovun qənaətinə görə, Ukrayna liderinin yeganə istəyi nəyin bahasına olursa-olsun hakimiyyətini qorumaqdır: “Baş verənlər göstərir ki, o hadisələrin gedişatından asılı olmayaraq vəzifədə qalmaq istəyir”.

Xatırladaq ki, Donbasda vəziyyət martın sonlarında gərginləşib. Tərəflər hadisələrin gərgin məcrada inkişafında bir-birini günahlandırır. Bir qədər əvvəl Ukraynanın Müdafiə Nazirliyi Rusiyanı sərhəd zonasına Silahlı Qüvvələrin əlavə şəxsi heyəti və hərbi texnikasını cəlb etməkdə günahlandırıb. Buna cavab olaraq, Kremlin mətbuat katibi Dmitri Peskov hökumətdə qoşunların ciddi zərurət olan nöqtələrə yerləşdirilməsinin məqsədəmüvafiq hesab edildiyini vurğulayıb.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »