Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəlin kimdir - Evin nökəri, yoxsa xanımı? - Video
Lənkəranın Yuxarı Nüvədi kəndində lentə alınmış video, qaynana gəlini döyür

Bu kadrlar Lənkəranın Yuxarı Nüvədi kəndində lentə alınıb. Qaynana hansısa günahına görə gəlinin saçını başını yolur, döyür, ağzına gələni deyir, qışqırır, bağırır. Gəlinin əlindən sadəcə ağlamaq gəlir. Bu baş verən hadisə sizcə nədir? Ailə-məişət zəminində söz–söhbət, şiddətli keçimsizlik, ya cinayət?

Ailə deyilən məfhumun bu olduğunu kim öyrədib bizlərə?

Niyə elə bizim ailələrdə düşünürlər ki, gəlin evə xidmətçi gəlir, gəlin mütləq kimlərəsə qulluq etməlidir. Gəlinin köçdüyü evdən meyiti çıxmalıdır? Bu sonuncu cümləni o qədər deyiblər ki, gəlinin getdiyi ev də yanlış anlayır, gəlinin meyiti düşənə qədər əzab verir. Evdən də sözün həqiqi mənasında gəlinin meyiti çıxır. Deməzdik belə ailələr çoxluq təşkil edir. Lakin yox da deyillər. Xüsusilə ucqar kəndlərdə var. Bu da sadcə cahillikdən irəli gəlir, o qədər. Gənc qız müəyyən yaşa çatdı mütləq ərə verilməlidir, evdə qalmış sayılmasın kimi qorxularla erkən nikahların gətirdiyi bəladır bu. Əminəm ki, gəlinini o şiddətlə döyən qaynana özü də bir zamanlar bu şəkildə döyülüb, bunu görüb götürüb, bunu da tətbiq edir. Bax biz lənət olası mentalitet deyəndə buna yox deyirdik, feministlərin “can mənimdir necə istəsəm edərəm” deməklərini nəzərdə tutmurduq.

XXI əsrdə monarxiya qaydaları ilə yaşayıb, üzdə müasir, düşüncədə arxaik olmaqdır bəlalarımızın səbəbi. Övlad hansı səhvi edirsə etsin, dərk etməlidir ki, onu anlayan yol göstərən ailəsi var, bağırmazdan öncə dinləyəcəklər. Ailəsinə güvənməyən bu gəlin qaynanaın qapazına dözməlidir. Ərindən heç danışmıram. Onu qoruyan kişi kişi olsa qadını o evin köləsi deyil, fərdi olardı, xanımı olardı. Sizcə sonra nə olacaq?

Ya yaşayırmış kimi yapıb bu həyatı elə belə kor kimi davam etdirəcək, özü kimi “kor” övladlar böyüdəcək, ya üz tutacaq doğru bildiyi təsadüfi insanlara, hansı ki yalandan “canım” deməklə ona özünü qadın kimi hiss etdirəcək, sonra da kim bilir hansı faciələr başlayacaq, ya da hər şey bir anda son bulacaq – intihar!!!

P.S. Lənkəranın Yuxarı Nüvədi kəndində lentə alınmış videoya baxmaq üçün BU LİNKi klik edin.

İlhamə

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »