Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir müavini: "Qarabağda 14 çay, 9 su anbarı mövcuddur"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Qarabağ bölgəsi və ətraf rayonların su ehtiyatları açıqlanıb.

Bizimyol.info xəbər verir ki, jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu ərazilərdə 14 çay, 9 su anbarı mövcuddur: "Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çayları Qarabağ ərazisindədir. Bu çaylarının bəzilərinin üzərində Xudafərin, Sərsəng, Qız Qalası, Xaçınçay, Aşağı Köndələnçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Ağdamkənd su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü Xudafərin (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu 1072 kilometrdir".

V. Kərimov qeyd edib ki, bu su anbarlarının və çayların olması Qarabağ bölgəsində suvarma, içməli su və enerji təminatında çox mühüm əhəmiyyət daşıyır.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »