Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil naziri: "Məktəbəhazırlıq qruplarının 94 min şagirdi I sinfə yerləşdirilib"
Emin Əmrullayev

"Bu gün birinci siniflərə qəbul prosesinə start verilib. Prosesin daha çevik və şəffaf təşkili məqsədilə dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata keçirilir. Belə ki, keçən tədris ilində məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərdən 94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib".

“Report” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib.

“Bütün valideynlər və qanuni nümayəndələr uşaqları sərbəst şəkildə www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Qəbulla bağlı hər hansı çətinliklə qarşılaşdıqda qeyd olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı şəhəri daxil olmaqla) fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərsiniz. https://baku.edu.gov.az/az/page/9/5548”, - deyə nazir qeyd edib.

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »