Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Rumıniya XİN arasında siyasi məsləhətləşmələr keçirildi
Xarici İşlər Nazirliyi

Azərbaycan və Rumıniya Xarici İşlər Nazirlikləri arasında video konfrans formatında doqquzuncu siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini və Rumıniya tərəfindən Xarici İşlər Nazirliyinin dövlət katibinin iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki tərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.

Görüşdə tərəflər Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlıq gündəliyindəki məsələlər, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və inkişafı, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məsləhətləşmələr zamanı iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq, iki ölkə arasında növbəti siyasi məsləhətləşmələrin hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak ilə görüş formatında keçirilməsinə dair razılığa gəlinib.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »