Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat: İcra başçısının qanunsuzluqlarına müqavimət göstərən polis, prokuror görməmişik
Milli Məclisin növbəti plenar iclası keçirilib

“Azərbaycanda siyasi partiyaların fəaliyyətinin canlanmasına ehtiyac var. Biz necə edə bilərik ki siyasi partiyalar cəmiyyətin ictimai siyasi həyatında aktiv iştirak etsinlər? Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması eksperiment ola bilər. Proporsional bələdiyyə seçkiləri keçirilməlidir. Siyasi partiyalar öz namizədləri ilə iştirak etməlidir. Bununla da siyasi partiyaların funksional fəaliyyəti daha açıq şəkildə özünü büruzə verəcək”.

Bu fikirləriMilli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa səsləndirib.

Fazil Mustafa Fazil Mustafa

Deputat bildirib ki, Azərbaycanda ciddi struktur islahatlarına başlanmalıdır:

“Bu günlərdə daha bir icra başçısı və bir neçə baş həkim korrupsiya faktları ilə həbs olundular. İcra başçıları niyə dərs çıxarmırlar? Məncə sistemə yeni yanaşma lazımdır. Bu günə qədər hansısa rayonda icra başçısının qanunsuz hərəkətlərinə qarşı etirazını bildirən, müqavimət göstərən bir polis, bir məhkəmə, bir prokurorluq işçisi barədə eşitməmişik. Nəzarət mexanizminin olmaması icra başçılarının əxlaqi dəyərləri tapdalamasına yol açır”.

İlhamə Rəsulova

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »