Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəzail Ağamalı: 18 yaşdan yuxarı vətəndaşlara vaksin vurulması məcburi hal almalıdır
Fəzail Ağamalı

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında deputat Qüdrət Həsənquliyev ölkədə vaksin vurulmasının səviyyəsinin gözləniləndən aşağı olduğunu bildirdi. Deputatın bu fikrinə cavab olaraq həmkarı Fəzail Ağamalı qeyd etdi ki, vaksinasiya dövlətin strateji təhlükəsizlik məsələsi olduğu üçün ona xüsusi diqqət göstərilməlidir.

“Mətbuatda telekanallarda mütəxəssislər ciddi maarifləndirmə, təbliğat işləri aparmalıdır. Yalan məlumatlar yayılır, vaksinin zərərli olması barədə dolaşan şaiyələr insanları qorxudur. Çox insan laqeyd yanaşır. Vaksin vurdurmur. Halbuki buna ciddi yanaşılmalıdır.

Düşünürəm ki, Səhiyə Nazirliyi, TƏBİB və ya İcbari Tibbi Sığorta hansı bu işlə məşğul olacaqsa səlahiyyəti müəyyənləşdirilsin, 18 yaşdan yuxarı vətəndaşlarda vaksinləşmə məcburi xarakter daşımalıdır. Başqa formada bizim vaksinləşməni bütöv şəkildə həyata keçirməyimiz mümkün olmayacaq”,- deyə deputat bildirib.

Deputat Əhliman Əmiraslanov cavab olaraq qeyd etdi ki, ölkədə kifayət qədər vaksin var. Yetəri səviyyədə təbliğat da aparılır. “Söhbət insanların vaksinasiyaya biganəliyindən gedir. Şübhəsiz ki, vaksinlərin dünyada bölüşdürülməsində ədalətsizlik var bunu hamımız bilirik. Amma bizdə vaksin çatışmazlığı problemi yoxdur. Əgər indiyədək 40 yaşdan yuxarı insanlar vaksinasiya olunurdusa, indi hesab edirəm ki, biz yaş həddini aşağı salmalıyıq. Məcburi hal almalıdır”.

İlhamə Rəsulova

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »