Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Martda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb
Mənzil - Bina

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb, təkcə mart ayında isə artıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 481,8 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 46,4% azdır. Belə ki, ötən ilin yanvar-martında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 899,6 min kvadrat metr təşkil edib.

Təkcə mart ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 49,5% artaraq 207,8 min kvadrat metr təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında yaşayış evlərinin tikintisinə 205,2 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 29,1% azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »