Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnformasiya sistemlərinə qarşı kibertəhlükə: Ermənistan hücumları davam etdirir
İnformasiya sistemlərinə qarşı kibertəhlükə: Ermənistan hücumları davam etdirir

 “Dünya əvvəlkindən daha çox texnologiyalara güvənir. Nəticədə rəqəmsal verilənlərin yaradılması sürətlənmişdir”.

Bunu Bizimyol.info-ya açıqlaması zamanı İnformasiya Texnologiyaları və İnformasiya təhlükəsizliyi üzrə ekspert Səkinə İlqarqızı bildirib. Onun sözlərinə görə, bu gün müəssisələr və hökumətlər belə məlumatların böyük bir hissəsini kompüterlərdə saxlayır və şəbəkələr vasitəsilə digər kompüterlərə ötürürlər.

Səkinə İlqarqızı Səkinə İlqarqızı

“Əvvəlcədən qeyd etmək istərdim ki, vətənimiz hazırda postmüharibə dövrünü yaşayır və Ermənistan faşizmi üzərində qələbəmizdən sonra informasiya və internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə saxta məlumatların yayılması gözlənilirdi. Bu səbəbdən də açıq bildirmək olar ki , müharibə informasiya və internet platformasında da qızğın şəkildə davam edib və hələdə davam etməkdədir”.

Ekspertin sözlərinə görə, əsasən bu cür kiberhücumlar Azərbaycan Respublikasının ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına fövqəladə kibertəhlükə halları yaratmaq üçün yönləndirilmişdir.

“Bu cür kiberhücümlar əsasən Ermənistan tərəfindən olunur. Lakin diğər ölkələr tərəfindən də bu cür hücumlar qaçılmazdır. Bu səbəbdən dövlət qurumlarının istifadə etdiyi proqram təminatları (o cümlədən antivirus proqramlarının) təhlükəsizlik tələblərinə uyğunluğu vacib məsələlərdən biridir. Müasir dövrdə kibertəhlükəsizlik cəmiyyətin bütün səviyyələrinə təsir edən strateji milli məsələyə çevrilir. Kibertəhdidlərə qarşı çevik, operativ və effektiv mübarizə müəyyən zaman müddətində əldə edilib və hələdə davam etməkdədir”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »