Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
REPLİKA: Məzahir Pənahov, deyəsən, yenə MSK sədri olacaq
REPLİKA: Məzahir Pənahov, deyəsən, yenə MSK sədri olacaq

Milli Məclis Mərkəzi Seçki Komissiyasının tərkibini formalaşdırdı. "Yeni" adlandırılan tərkibdə yenə cəmiyyətin xüsusi olaraq etimad göstərə biləcəyi kimsə yoxdur. Əsas məsələ odur ki, siyahının başında yenə... Məzahir Pənahov var. Deməli, yenə də Məzahir Pənahov MSK-nın sədri olacaq.

Bu yaxınlarda Prezident İlham Əliyev Məzahir Pənahova "Şöhrət" ordeni verəndə hamı belə düşünürdü ki, onu yola salırlar. Bundan əvvəl başqa məmurlarla bağlı belə "yolasalmalar" olub. Məsələn, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarılanda ona "Heydər Əliyev" ordeni verildi. Ancaq o da çox uzağa göndərilmədi; Milli Elmlər Akademiyasına Prezident qoyuldu. Ancaq boynunda təzə ordenlər vəzifədən tamam gedənlər də çoxdur. Çox misallar da var. Bununla yanaşı təltif edilib vəzifəsində saxlanan da az deyil. "Şöhrət"dən başgicəllənməsinə düşüb açarını itirən də olur. Misalı: Hüseynbala Mirələmov.

Hə, yaş faktoruna taxsanız, 70 yaşlı Məzahir Pənahovun da, görünür, hələ "yararlılıq" müddəti başa çatmayıb. Kimsə deyəcək: "Bəs nə oldu? Gəncləşmə gedirdi axı..." Bir YAP-çı da ona cavab verəcək ki, 78 yaşında Bayden Prezident ola bilər, Məzahir Pınahov 70 yaşda MSK sədri ola bilməz?!" Hər yaşın öz özəlliyi var. Adam bir yaşda Universitetdə talon sata bilər, başqa yaşda başqa şeylər edə bilər. Adam talonla bülleten arasında çox da fərq görməyə bilər. Üstəlik Hüseynbala Mirələmov nümunəsi göstərdi ki, hər yaşın öz fantazisi varmış; eləsi var, əl qabiliyyətini 16 yaşda göstərir, eləsi var, 76 yaşda. Yəni yaşlıdır deyib, istedadı boğmaq lazım deyil. Məzahir Pənahov da bu qəbildəndir; onun qabiliyyətlərini hələ çox görəcəyik. Seçkidə və seçkidən kənarda. Gözləyək, izləyək.

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »