Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Palçıq vulkanları xəstələrə şəfa mənbəyidir"
Palçıq vulkanı

Palçıq vulkanizmi dünya vulkanlarının 30%-nə qədərinin cəmləndiyi Şərqi Azərbaycan ərazisində daha çox inkişaf edib.

Hazırda burada quruda və dənizdə 350-dən çox palçıq vulkanı aşkar edilib ki, onların da 220-si 16 min km2 sahədə yer tutub. Bu sahədə yerləşmiş palçıq vulkanları ölçüləri ilə diqqəti cəlb edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"nun direktoru Ceyhun Paşayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, Azərbaycanın palçıq vulkanizminin – bu təbiət fenomeninin “vətəni və ölkəsi” adlandırılması heç də təsadüfi deyildir. Buradakı vulkanlar öz müxtəliflikləri və ölçüləri ilə fərqlənir; hər növ təzahürlü palçıq vulkanlarına (aktiv fəaliyyət göstərən, sönmüş, gömülmüş, sualtı, ada, bol neft ifraz edən) rast gəlinir.

Ceyhun Paşayev Ceyhun Paşayev

C. Paşayevin sözlərinə görə, morfoloji müxtəlifliyi, fəaliyyət aktivliyi və sayına görə dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər palçıq vulkanı yoxdur. Qobustanda öz təbiəti baxımından hətta yeganə olan Qoturdağ vulkanı fəaliyyət göstərir və onun ara vermədən püskürməsini – palçıq sıxılmasını müşahidə etmək olar.

“Palçıq vulkanizmi ilə bağlı minerallar aləmi heyrət doğuracaq qədər rəngarəngdir. Hazırda yüzdən çox mineral növü qeydə alınıb. Onların böyük əksəriyyəti palçıq vulkanlarının yenidən işləyib hazırladığı və səthə çıxartdığı süxurlardan alınıb" -deyə mütəxəssis bildirir.

C. Paşayev qeyd edir ki, palçıq vulkanları həm də gözəl ekoturizm obyektidir.

Vulkanlar, o cümlədən palçıq vulkanları olan ölkələrdə onlardan yüksək gəlir gətirən turist marşrutları kimi istifadə edilir: “İtaliyada vulkan palçığından hələ XVI əsrdə, Taman yarımadasında XIX əsrdə yararlanmışlar, Gürcüstanda isə keçmiş SSRİ dövründə Ümumittifaq “Axtala” kurortu fəaliyət göstərib. Vulkan palçığı, müalicə vasitəsi kimi, kurortdan kənar şəraitdə Rusiyada, Krımda və Saxalin adasında və sair poliklinika və xəstəxanalarda geniş tətbiq edilir”.

Mütəxəssis bildiirb ki, palçıq vulkanlarının müalicəvi əhəmiyyəti çoxdan məlumdur. Əsasən lilli, torflu və sapropelli palçıqlardan alınan preparatlardan müalicə məqsədi ilə dünyada ineksiya, vanna, yuyb dezinfeksiya etmə formasında geniş istifadə olunur. Tibbi xammal kimi onlar qiymətli müalicəvi vasitə kimi, tibdə də geniş tətbiq edilir.

Mineral duzlar, üzvi maddələr və mikroelementlərlə zəngin olan vulkan palçığı insan orqanizminə yaxşı təsir göstərməklə müalicəvi xassələrə malikdir. Son dərəcə yüksək balneoloji xassələrinə görə vulkan palçığından dayaq-hərəkət aparatı, oynaqlar, onurğa, periferik əsəb sistemi, dəri, mədə-bağırsaq traktatı, şəkər diabeti, ateroskleroz və boyun osteohondrozu kimi xəstəliklərin müalicəsində, daha sonra ginekologiyada, urologiya və kosmetologiyada uğurla istifadə edilir.

“ Vulkan palçığı kimyəvi tərkibinə görə, əsasən, silisium oksidindən ibarətdir. Bununla yanaşı onda müalicəvi baxımdan yod; bor; brom; kalsium; maqnezium; natrium; xlor; litium; dəmir; selen; manqan; sink və s. aşkarlanıb. Azərbaycanda, xüsusən DTQ-da bu qiymətli palçığın ehtiyatı olduqca böyükdür. Onun geniş miqyasda istifadə edilməsinə, iri vulkanların yerləşdiyi hətta Xəzərin sahilində mərkəzləşdirilmiş palçıq müalicəxanasının təşkilinə şərait vardır. Palçıq müalicəxanası “təbii şəraitdə sanatoriya”ya da çevrilə bilər”-deyə C. Paşayev əlavə edib.

Qeyd edək ki, palçıq vulkanları təkcə geoloqlar üçün deyil, həm də təbiətsevərlər, naturalistlər üçün də maraq doğurur. Əcnəbilər, neft şirkətlərinin Bakıda işləyən mütəxəssisləri, əcnəbi alimlər, ölkəmizə səyahət edən turistlərin çoxu Azərbaycan vulkanlarına, bu nadir təbiət fenomenlərinə böyük maraq və həvəs göstərirlər.

Lakin Azərbaycanda turizm potensialına görə böyük prespektiv vəd edən palçıq vulkanları bu istiqamətdə istifadə olunmur.

Respublikanın ən gözəl və əzəmətli palçıq vulkanlarının yerləşdiyi Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun mövcud statusu burada insanların bütün növ fəaliyyətini, o cümlədən turizm fəaliyyətini də qadağan edir.

Amma dünya təcrübəsi göstərir ki, palçıq vulkanlarının ekoturizm obyektləri kimi istifadəyə cəlb olunması həm ölkənin tanınması, həm də iqtisadi mənfəət baxımdan xeyli əlverişli olur.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »