Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gərginlik artır: Moskva yumruq göstərir, Vaşinqton geri çəkilmir
Kreml, Moskva, Rusiya

Rusiyanın xarici diplomatlarla problemi bitmək bilmir. İndi “ayı” Çexiya ilə casusluq iddialarına görə burun-buruna dayanıb. Hadisələrin ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsindən sonra yaşanması maraq doğurur. Hər şey Vaşinqtonun rusiyalı diplomatları ölkə ərazisindən çıxarmaq və Moskvanın da adekvat cavabından sonra başlayıb. Bəs Moskva bu düyünlərin içindən necə çıxacaq? Diplomatların problemi diplomatik yolla həll ediləcək, ya yenə həmişəki kimi təhdid və təxribatlrla?

Baydenin Putini “qatil” adlandırması, daha sonra sanksiyaların tətbqi haqqında fərman imzalaması iki supergücün arasında ötən əsrin ortalarında baş vermiş Karib böhranını xatırladır. Vaşiqnton və Moskva diplomatları qarşılıqlı olaraq arzuolunmaz şəxs elan edib. Eyni zamanda rəsmi şəxslərin də ölkələrə girişi yasaqlanıb. 2014-cü ildə Ukrayna böhranı yaşandıqdan sonra ABŞ-la gərginləşmiş münasibətlər indi bir az daha da tarıma çəkilib. Əslində bu an Rusiyanın hətta dost adlandırdığı ölkələrlə belə “mehriban düşmənçilik əlaqələri var” desək, yanılmarıq.

Lakin bu an Rusiyanın Qərblə siyasi uçurumu dərinləşməkdədir. Polşa və Çexiyanın timsalında ABŞ Şərqi Avropa ölkələrindən Rusiyaya qarşı istifadə eləmiş oldu. Ukraynanın cənubunda hərbi aktivliyin artması, Krımda Rusiya qoşunlarının hərbi təlimləri, Ukrayna sərhədlərində qoşunların toplanması, hərbi desant qoşunlarının qəfil yoxlanışı Moskavanın Qərbə diş qıcadığına işarə edir.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov bildirib ki, Moskva Vaşinqton münasibətlərini indi proqnozlaşdırmaq mümkün deyil. Ukrayna Donbassda əməliyyatlara başlasa, Rusiya Ukraynaya hücum edəcək. ABŞ isə Qara dənizdəki hərbi gəmilərindən Rusiya qüvvələrinə zərbələr endirəcək. Mən Qəblə münasibətlərdən yaxşı heç nə gözləmirəm. Qərb gərginliyi artpırmaq üçün əlindən gələni edir. Hazırda ABŞ, NATO və Avropa Rusiyaya qarşı eskalasiya kursundadırlar.

Moskva-Qərb münasibətləri gərginləşərsə, geri addım atmayacağıq. Çexiyanın 18, Polşanın 3 Rusiya diplomatını arzuolunmaz şəxs elan etməsindən dərhal sonra Moskva 20 çex, 5 polşalı diplomatı ölkədən qovdu. Bizim cavabımız sərt olacaq və bunu hər kəs hiss edəcək. Moskva uzun illərdən sonra ilk dəfə ABŞ-a qarşı sərt sanksiyalar tətbiq etdi. Amerikalı diplomaların hərəkətləri məhdudlaşdırıldı, amerikalı diplomatlardan çoxlu sayda şəxs ölkədən qovuldu, ABŞ-dan maliyyələşən Rusiya təşkilatlarının fəaliyyəti qadağan olundu. Bununla da ABŞ-ın Rusiyadakı səfriliyinin fəaliyyəti iflic oldu. ABŞ indi nə edəcəyini düşünür. Kreml hesab edir ki, münasibətlərin normallaşmasının tək şərti qarşılıqlı siyasi iradə göstərməkdir. Lakin ABŞ həm dialoqun vacibliyindən danışır, həm də təzyiq vasitələrini artıraraq Rusiyanı diz çökdürəcəyini düşünürsə, bütün planı əks effekt verəcək”,- deyə diplomat vurğulayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »