Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağın gələcəyi necə olacaq...
Ağdam məscidi

Qarabağda talan edilmiş bütün şəhərlərin baş layihəsi hazırlanıb. İlk olaraq Ağdam yenidən qurulacaq.

May ayının sonuna kimi Ağdamın layihəsi tam hazırlanaraq təqdim edilməlidir. Yeni Qarabağ necə olacaq? Keçmişin təkrarını , yoxsa yeni müasir şəhərləri görəcəyik? Bu barədə memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı və Bakı İncəsənət Mərkəzinin direktoru Rəfael Gülməmmədov bizimyol.info-ya öz fikirlərini bildiriblər. Ağdamın baş planı hazırlanarkən nələrə diqqət ediləcək, biz yeni Ağdamı necə görəcəyik?

Rizvan Qarabağlı:

Rizvan Qarabağlı Rizvan Qarabağlı

- Ağdamda daş daş üstə qalmayıb. Kompleks işlər görülməlidir. Mən memar kimi istərdim ki, düşmənin yerlə yeksan etdiyi bu şəhərlərin tarixi mərkəzi hissəsi olduğu kimi bərpa edilsin. Ağıllı kəndlər və şəhərlər tam mərkəzdə yox, həmin şəhərlərin sonradan tikilmiş ətraf hissələrində salınsın. Tarixi yaşatmaq üçün biz həmin şəhərlərin mərkəzi hissələrini olduğu kimi bərpa edək, abidələrimizi yenidən yaradaq. Yer-yurd adlarını da tarixən olduğu kimi yaşatmalıyıq. Biz adları dəyişdikcə bundan düşmən istifadə edir, öz tariximizi gizlədirik. Məsələn, Füzulinin tarixi adı Qarabulaq idi. Dahi şəxslərin adlarını əbədiləşdirmək üçün onların adlarını küçələrə, mədəniyyət ocaqlarına , meydanlara verək. Yer-yurd adlarına isə diqqət etməliyik. Təqdirəlayiq haldır ki, Prezidentimiz dərhal Suqovuşan adını bərpa etdi. Toponimlərimiz bizim tariximizdir.

Rəfael Gülməmmədov:

Rəfael Gülməmmədov Rəfael Gülməmmədov

- Bərpa olunancaq istənilən şəhərin tarixi mərkəzinin olduğu kimi yenidən tikilməsi fikri ilə tam razıyam. Konkret olsaq Ağdamın tarixi mərkəzi, onun simvolu olan memarlıq abidələri yenidən tikilsin. Söz yox ki, söhbət estetik baxımdan öz dövrünü yaşamış, artıq yararsız hesab edilən binalardan yox, memarlıq və heykəltəraşlıq abidələrindən gedir. Məsələn Ağdam Çörək Muzeyinin binası , Çay evi olduğu kimi bərpa olunsa, yaxşı olar. Hesab edirəm ki, hər kvadrat metrin fotosu çəkilməli, gələcəkdə yaradılacaq Ağdam muzeyində, Zəfər muzeyində saxlanılmalıdır. Orda tikinti aparan hər tikinti şirkəti hər kvadrat metrin şəklini çəkməlidir . Bu həmin şirkətlərə tapşırılmalıdır. Mənim fikrimcə qəbiristanlıqlar da bərpa olunmalıdır.

Mən hesab edirəm ki, öncə Qarabağda iqtisadi əlverişli şərait yaratmalıyıq. Qazanc yeri olsa, insanlar ora getməyə maraqlı olacaqlar. İçərisində insan yaşamayan mikrorayonlar salmağı effektli saymıram. Birinci iqtisadiyyat qurulsun. Baş plan hazır dayansın, insanlar məskunlaşdıqca baş plana uyğun olaraq mikrorayonlar salınsın. Biz Qarabağ iqtisadi cəhətdən maraqlı etməliyik, 700 min insanı bir ildə köçürmək, məskunlaşdırmaq çətin məsələdir. Yaşlı adamlar deyəcək ki, ora ölməyə gedirəm. Qarabağa əsasən gənc nəsil, orta nəsil ömür sürməyə, qurub yaratmağa köçəcək. Elə onlar üçün də iqtisadi layihələr olmalıdır ki, onlar Qarabağı, Qarabağ onları yaşatsın.

İlhamə Rəsulova

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
Son xəbərlər
Bütün xəbərlər »