Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzurda çoban qalmaqalı: "Gözünün altını qaraldıblar"
Zəngəzurdan görüntü (Gorus)

Zəngəzurda Azərbaycanın tarixi torpaqlarında məskunlaşmış Ermənistan vətındaşları Qarabağ məğlubiyyətindən sonra çox narahatdır. Sərhədlərin delimitasiyası onların xoşuna gəlmir. Çünki zəbt edilmiş əraziləri geri qaytarmaq lazım gəlir. Üstəlik, ortaya ciddi mübahisəli məsələlər çıxır.

Bizimyol.info xəbər verir ki, Zəngəzurda Azərbaycan və Ermənistan tərəfləri arasında növbəti qalmaqal yaşanmaqdadır. Ərəvus kəndindəki yerli icmasın nümayəndələri bizimkilərin yerli çobanı döydüyünü iddia edir. Onların dediyinə görə, azərbaycanlılar onun gözünün altını qaraldıb.

İnsident barədə Ərəvus kənd icmasının rəhbəri Arqam Ovsepyan “Sputnik Armenia”ya danışıb: “Çobanın gözünün altına möhkəm yumruq vurublar. Deyiblər ki, heyvanları 100 metr o tərəfdə otarmalısan. Halbuki çoban bizim ərazidə olub. Uşaqlar köməyə gedənə qədər azərbaycanlılar oranı tərk edib. Ola bilər ki, məqsəd çobanı qorxutmaq olub. Bəlkə də, əsir götürmək istəyiblər, kim bilir”.

Ovsepyan deyib ki, çoban ruhdan düşməyib. O, yenə həmin ərazidə heyvan otarmağa davam edəcək. Hərçənd, Ərəvusun Ermənistan tərəfdəki ərazisinda düz-əməlli heyvan da qalmayıb. Yerli sakinlər mal-qarasının xeyli hissəsini satıb. Çünki örüş yerlərinin çox hissəsi Azərbaycan tərəfdə qalıb. Söhbət təxminən 63 hektar ərazidən gedir.

Ovsepyan Ermənistan sərhədçilərinə çox bel bağlamadığını etiraf edib. Buna görə Müdafiə Nazirliyinə müraciət ünvanlayıb. Kənd icmasının rəhbəri deyib ki, yerli sakinlər də sərhədi qorumağa hazırdır.

“Azərbaycanın burada 13 postu var. Bizim tərəfdən 4.7 kilometr ərazi açıqdır. Biz sərhəddə dayanırıq. Amma rəsmiləşməyə ehtiyac var. Üç müharibə görmüş dəstəm kəndi qorumağa hazırdır. İnsanlar ordudan qaçır. Biz isə doğma yerləri qorumaq istəyirik. Pis odur ki, müdafiə sistemində bizi rəsmi qeydiyyata almırlar”.

Sərhədlərin yenidən müəyyənləşdirilməsindən sonra Ərəvusda ermənilərlə azərbaycanlı hərbçilər üz-üzə qalıb. 19-cu əsrdə, 20-ci əsrin əvvəllərində burada yalnız azərbaycanlılar yaşayıb. Sovet dövründə kənd ermənilərin ixtiyarına keçib. Son siyahıyaalmadan sonra burada 171 nəfərin yaşaması qeyd olunub.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »