Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub
Baloğlan Əşrəfov

Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 70 yaşında vəfat edən Baloğlan Əşrəfov bu səhər doğulduğu Masallı rayonunun Bədəlan kəndinin qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb. Pandemiya tədbirləri ilə əlaqədar xüsusi vida mərasimi təşkil olunmayıb.

O, bir neçə həftə əvvəl koronavirusa yoluxmuşdu və ev şəraitində müalicə alırdı.

Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində doğulmuşdu. O demək olar ki, Azərbaycanın bütün rayonlarında el şənliklərində , həmçinin dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB ölkələrinin böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Elə həmin ildə qaraciyər sirrozundan əziyyət çəkən sənətkara Türkiyədə qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »