Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Fransa prezidentlərinin telefon danışığında Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub
Vladimir Putin, Emmanuel Makron

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Ukrayna, Liviya münaqişələri barədə müzakirələr aparıblar.

Ukraynanın cənub şərqində vəziyyətin eskalasiyasından narahatlıq ifadə olunub.

Putin və Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı da müzakirələr aparıblar. Vəziyyətin sakit qalması və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnunluq qeyd olunub.

ATƏT-in Minsk Qrupu xətti də daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektlərinə dair qarşılıqlı hazırlıq ifadə olunub.

Rusiya və Fransa prezidentləri Aleksey Navalnı ətrafındakı vəziyyətə də toxunublar.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »