Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çernobıldan daha köhnə olan Metsamor AES: “Regionda faciəyə səbəb ola bilər”
Metsamor Atom Elektrik Stansiyası

Rəsmi Bakı Metsamor Atom Elektrik Stansiyasının bağlanması üçün beynəlxalq təşkilatlara çağırış edib. Belə ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin Çernobıl fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümü ilə əlaqədar yaydığı açıqlamada bildirib ki, bu AES 1976-1980-ci illərdə Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və aktiv seysmik zonada yerləşir.

“1988-ci ildə Emənistanda güclü zəlzələ baş vermiş və 25 minə yaxın Ermənistan vətəndaşı həyatını itirmişdi. Həmin stansiya Spitakdan hardasa 75-80 km aralıda yerləşir və Metsamorun birinci blokunu zədələmişdi. Bu hadisədən bir müddət sonra AES bağlandı. Lakin bir neçə il sonra yenidən açdılar və arqument olaraq gətirdilər ki, Metsamor Ermənistanın elektrikə olan ehtiyacının 40 faizini ödəyir. Avropadan müəyyən maliyyə, modernləşmə təklifləri oldu. Amma Ermənistan əvəzində 1 milyard tələb edirdi. Daha sonra 2000-ci ilin əvvəllərində Avropanın bir vədi var idi ki, atom elektrik stansiyasını qapadacaqlar. Amma həmin vəd bu günə qədər yerinə yetirilməyib”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı siyasi şərhçi Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Metsamor Çernobılla eyni texnologiyadır və 8 bal gücündə zəlzələyə davamlıdır.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Belə çıxır ki, 8 baldan yuxarı zəlzələ olarsa, böyük faciəyə səbəb ola bilər. Çernobılı misal götürək. O, Ukraynanın ərazisində yerləşsə də, Rusiyanı, Belarusiyanı da radiaktiv maddələrlə zəhərləmişdi. Hətta Qara Dəniz üzərindən Türkiyəyə keçmək ehtimalı da var idi.

Metsamor Azərbaycan, Gürcüstan sərhədlərindən 120 km, İrandan 60 km, Türkiyədən isə cəmi 16 km aralıdır. Hər hansı sızıntı olarsa, bu region ölkələrinin hamısına mənfi təsir edəcək. Biz beynəlxalq aləmdən tələb edirik ki, gedib yoxlasınlar və müvafiq tədbirlər görsünlər. Avropa da gedib təklifləri verir, amma kifayət qədər təzyiq göstərmir”.

Siyasi şərhçinin sözlərinə görə, bu məsələ yalnız bir yolla həll oluna bilər.

“Ermənisatan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçsin, normal ölkəyə çevrilsin və əməkdaşlıq başlasın. Bu əməkdaşlığın içərisində enerji əməkdaşlığı da ola bilər. Bu istiqamətdə maliyyə müqabilində Ermənistana dəstək verilə bilər. Metsamorun qapanması şərti ilə onun ödədiyi 40 faiz enerjini qonşu ölkələr öz boyunlarına götürə bilər. Amma indiki şərtlər altında yox”.

Leyla Mirzə

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »