Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbin Qarabağla bağlı qaranlıq mövqeyi: “Bu, qırmızı cizginin pozulmasıdır”
Xankəndi

24 aprel tarixində Fransa Senatının spikeri və Fransanın Avropa işləri üzrə dövlət katibi Qarabağla bağlı qırmızı cizgini keçən bəyanat verdilər.

Belə ki, Fransanın yüksək dövlət məmurları Dağlıq Qarabağın müstəqilliyinin Fransa hökuməti və bütün Aİ dövlətləri tərəfindən tanıdılması üçün əllərindən gələni edəcəklərini bəyan etdilər.

“Fransa Senatının qondarma soyqırımla bağlı verdiyi bəyanat, Dağlıq Qarabağ ifadəsi işlətməsi, oradakı status məsələsini qabartması, əlbəttə ki, Fransanın siyasətinə zərbədir. Bu, Fransanın regionda olan rolunun azalmasına gətirib çıxardacaq”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı Cənubi Qafqaz Araşdırma Mərkəzinin sədri, politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, belə bir ifadə və “Dağlıq Qarabağ”ın tanınması məsələsi artıq qırmızı cizginin pozulması və Azərbaycan ərazi bütövlüyünün pozulmasıdır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

“Bu Fransanın və Avropa Birliyinin Azərbaycanla əlaqələrinə zərbədir. 1975-ci il Helsinki yekun aktına görə, dövlətlərin ərazi bütövlüyü toxunulmazdır və bundan əlavə Fransa özü də separatizmdən əziyyət çəkən ölkədir. Fransanın oradakı Ermənistan lobbiçiliyi və ya Türkiyəyə görə, Azərbaycanın ərazi bütövlüyünə qarşı qəsdçi bəyanatı əlbətdə ki, beynəlxalq hüquqa qarşıdır. Azərbaycan Fransadan izahat tələb etməli və nota verməlidir.

Biz görürük ki, Fransa gah Azərbaycanla əməkdaşlıq etmək istəyir, Qarabağda yenidənqurma işlərində şirkətləri təmsil olunmağa çalışır, gah da Fransa Senatında senatorlar Azərbaycanla, Qarabağla bağlı bu kimi fikirlər səsləndirirlər. Ümumiyyətlə, Fransanın “Dağlıq Qarabağ”ı tanıması mümkün deyil. Bunu artıq beynəlxalq nizamın pozulması, Fransanın beynəlxalq imicinə, Türkiyə və Azərbaycanla əlaqələrinə böyük zərbə kimi qiymətləndirmək olar. Hazırda Fransa ilə Azərbaycan arasında iqtisadi ələqələr yüksək səviyyədədir. Fransa şirkətləri Azərbaycanda təmsil olunur.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanla Fransa ilə daha sıx işləməli, həmin şirkətlər vasitəsilə Fransa hökumətinə təzyiq etməlidir.

“Bu məsələ ilə bağlı görünür ki, Fransa prosesləri daha da dərin böhrana sürükləməyə çalışır. Amma bu nəticə verməyəcək. Makron hakimiyyətdən getdikdən sonra yeni qüvvələr hakimiyyətə gələcəksə, Azərbaycanla əlaqələrə dəstək verəcək”.

Leyla Mirzə

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »