Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hulusi Akar: “Baydenin bəyanatı Türkiyə-Ermənistan əlaqələrinə də mənfi təsir edəcək”
Hulusi Akar

“​ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair “soyqırımı” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa bir məna daşımır”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, “soyqırımı” ifadəsindən istifadə edənlər öz tarixlərinə və dünya tarixinə baxmalıdır.

“Təmkinli Amerika xalqı bu haqda nə düşünür? Erməni xalqını təmsil etməyən lobbinin təsiri ilə qəbul edilən bu qərarın ağıl və əxlaqla bir izahı yoxdur. Tarixin belə siyasi açıqlamalarla yenidən yazılmayacağı bilinməlidir.

Tarixdən yeni ziddiyyətlər yaratmaq qəbuledilməz və faydasızdır. Tarixi hadisələr siyasiləşdirilməməlidir. Bunun başda Türkiyə-Ermənistan və türk-erməni əlaqələri olmaqla regionda sülhə mənfi yöndə təsiri olacağı açıqdır.

Bölgəmizin sabitliyi erməni diasporu və onu dünən olduğu kimi, bu gün də öz mənafeləri naminə istifadə etməyə çalışan ölkələrin yox, bizlərin, region ölkələrinin, Türkiyə və Ermənistanın ortaq problemidir”, - deyə türkiyəli nazir vurğulayıb.

H. Akar qeyd edib ki, Türkiyə hər zaman 1915-ci il hadisələri ilə bağlı müzakirələrin siyasilər tərəfindən yox, tarixçilər tərəfindən aparılmasının zəruriliyini müdafiə edib və ABŞ kimi müttəfiqləri də daxil olmaqla üçüncü ölkələrdən də bunu gözləyib: “Buna baxmayaraq, ABŞ administrasiyası bu qərarı ilə öz rəsmi məlumatlarını da inkar edərək erməni diasporunun və başqalarının təzyiqlərinə boyun əyərək ABŞ Milli Arxivlər və Qeydlər Agentliyində (NARA) olan başda general Harbordun hesabatı olmaqla mövcud sənədləri görməzdən gəlib”.

Müdafiə naziri onu da qeyd edib ki, ABŞ öz səhvini düzəltməlidir.(apa)

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »