Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Həbs

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxslərin kimliyi məlum olub.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Polis Şöbəsinə rayonun Əliyaqublu kənd sakini olan bir qadının və onun yetkinlik yaşına çatmayan oğlunun müxtəlif bıçaq xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmələri barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş Amil Sadiqov və Müsahib Miskinli saxlanılıblar. Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılanların zərərçəkən şəxsin evinə daxil olmaları və oradan nağd pul, qızıl-zinət əşyalarını götürmələri barədə əvvəlcədən razılığa gəlmələri məlum olub.

Şübhəli şəxslər istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »