Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağa qayıdışla bağlı keçirilən onlayn sorğu başa çatıb
Qarabağ

İşğaldan azad edilmiş ərazilərə qayıdışın səmərəli təşkili üçün repatriasiya potensialını proqnozlaşdırmaq məqsədilə keçirilən birinci sosioloji tədqiqat – onlayn sorğu aprelin 25-i saat 20:00-da dayandırılıb.

Bizimyol.info xəbər  verir ki, ADA Universitetindən verilən məlumata görə, sorğuda 65 min nəfər iştirak edib, sorğu səhifəsinə baxış sayı isə 400 mini ötüb. İlkin məlumatlara əsasən, iştirakçıların 54 faizi kişilərdən, 46 faizi isə qadınlardan ibarətdir. Sorğuda iştirak edənlərin 45 faizini 40 yaşa qədər olan ölkə vətəndaşları təşkil edir.

Hazırda onlayn sorğunun nəticələri emal mərhələsindədir. Bu mərhələ yekunlaşdıqdan sonra Tədqiqat Qrupu əldə edilən məlumatların təhlilinə başlayacaq və nəticəni müvafiq dövlət qurumuna təqdim edəcək.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »