Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Baydenin “soyqırım” ifadəsinin hüquqi nəticəsi ola bilər..."
Bayden və Ərdoğan

“Bəli heç bir Amerikan məhkəməsi və ya Beynəlxalq məhkəmənin 15-ci il hadisələrinin soyqırım olması barədə hüquqi qüvvəyə minməyib. Amma Amerika və Britaniyada məhkəmə-hüquq sistemi prezidentlər üzərində qurulub”.

Bu fikirləri Bizimyol.info-a açıqlaması zamanı siyasi şərhçi Əli Hacızadə bildirib. Onun sözlərinə görə, Amerikada istənilən bir hakim hər hansısa qərarı qəbul etdiyi zaman həm qanunun nə dediyinə, həm də ictimai rəyin bu haqda fikrinə baxacaq.

Əli Hacızadə Əli Hacızadə

“Məsələn, 5-10 erməni Türkiyəyə qarşı hər hansısa Amerika məhkəməsinə müraciət edərsə, təzminat davası açarsa, tam əmin olun ki, hakim qərar çıxardan zaman mütləq ictimai rəyin də mövqeyini alacaq. İctimai rəyi isə formalaşdıram konqresmenlər, ABŞ hökuməti və ən başda prezidentdir. Əgər prezident deyirsə ki, soyqırım olub hakim bunu görməzdən gələ bilməz. Bütün bunları nəzə alacaq və bu minvalla sabah onlar Türkiyə dövlətinə, hökumətinə bir başa aidiyyatı olan, daşınan və daşınmaz əmlak, bank hesabları və s. ilə incidə bilərlər”.

Siyasi şərhçinin sözlərinə görə, oxşar məsələ 11 sentyabr hadisələri ilə bağlı olmuşdu və həmin vaxt Səudiyyə Ərəbistanına qarşı 11 sentyabr qurbanlarının ailələri məhkəməyə müraciət etmiş, konqresdə də məsələ qaldırılmış, bu haqda kommisiya yaradılmışdı və s.

“Səudiyyə Ərəbistanı son anda faktiki olaraq ABŞ-ı şantaj etməklə bunu dayandırdı. Əfsuslar olsun ki, Türkiyənin belə bir lüksu yoxdur. Ona görə, bunun hüquqi bir nəticəsi ola bilər. Türkiyə ABŞ münasibətlərinə təbii ki, mənfi təsir göstərəcək. Türkiyə və ABŞ NATO-da müttəfiqdir idilər. İndi isə Yaxın Şərqdə ciddi geopolitik rəqibə çevriliblər. Bu məsələnin gündəmə gəlməsi həm də o geopolitik rəqabətə görədir”.

Leyla Mirzə

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »