Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazadan oğurluq etmək istəyənlər tutulub
Həbs

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsləri “iş başında” saxlayıblar.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, əvəllər məhkum olunmuş Gəncə şəhər sakini Orxan Abbasov və Zərdab rayon sakini Əli Vəliyev gecə saatlarında şəhər ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər.

Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Gəncə şəhər regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər oğurluq edərkən yaxalanaraq, istifadə etdikləri maddi sübutlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə təqdim edilib.

Araşdırmalar zamanı O. Abbasovun əvvəllər eyni mağazadan bir neçə dəfə də oğurluq etməsi müəyyən edilib. Saxlanılan şəxslərin digər cinayət hadisələri törətmələri ehtimal olunduğundan araşdırmalar davam etdirilir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »