Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ABŞ-a qarşı Türk Dövlətləri Birliyi yaratmağın zamanı çatıb, xilas böyük Turandadır"
Türkiyə və Azərbaycan bayraqları

““Soyqırım” sözü və “erməni kartı” ilə Türkiyəyə təzyiq edən ilk president Bayden deyil. Əsas səbəb Türkiyənin Ərdoğanın rəhbərliyilə daxildə və xaricdə müstəqil, aktiv siyasət yürütməsi, Türkiyənin nüfuzunun bölgədə və dünyada artmasıdır.

ABŞ prezidentinə bu ifadəni söylədən qüvvələr Türkiyənin yüksəlişinin qarşısını almağa, bu mümkün olmazsa yavaşlatmağa çalışırlar. Bu fikirləri bizimyol.info-ya Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“ABŞ prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlətdi. Bununla da ABŞ ikiüzlü, xain bir siyasət yürütdüyünü, ermənilərdən maşa kimi istifadə etdiyini, NATO-dakı müttəfiqi Türkiyə ilə münasibətlərə ağır zərbə vurduğunu, böyük bir səhvə yol verdiyini nümayiş etdirdi. Hazırda bu çıxış ABŞ və Türkiyə arasında olan münasibətləri daha da gərginləşdirməkdədir. NATO-da müttəfiq olan iki dövlətin münasibətləri bu məsələyə qədər də kifayət qədər gərginləşmişdi. F35 qırıcıları, Rusiyadan alınan S-400 raketləri ilə bağlı məsələlər durumda gərginliyi artırırdı. Lakin bu da tam səbəb deyil. Əsas səbəb Türkiyənin Ərdoğanın rəhbərliyilə daxildə və xaricdə müstəqil, aktiv siyasət yürütməsi, Türkiyənin nüfuzunun bölgədə və dünyada artmasıdır.

ABŞ prezidentinə bu ifadəni söylədən qüvvələr Türkiyənin yüksəlişinin qarşısını almağa, bu mümkün olmazsa yavaşlatmağa çalışırlar. “Soyqırım” sözü və “erməni kartı” ilə Türkiyəyə təzyiq edən ilk prezident Bayden deyil. Əvvəllər də ABŞ prezidentləri belə çıxışlar edib, çağırışlar səsləndiriblər. Bundan başqa Senat, Nümayəndələr Məclisi, ayrı-ayrı ştatlar “soyqırım” məsələsində qərarlar qəbul edib, bəyanatlar verib. Lakin bütün bunlar Türkiyəni yolundan, siyasətindən sapdıra bilməyib. Bundan sonra da hansısa ciddi nəticənin ola biləcəyinə inanmıram. Sadəcə olaraq biz “heç nə olmayacaq” deyib durmamalıyıq. ABŞ-ın törətdiyi hindu soyqırımını, Fransanın törətdiyi soyqırımları, ermənilərin törətdikləri soyqırımları dünyada təbliğ etməyə, müxtəlif ölkələrdə, qurumlarda tanıtıdırmağa nail olmalıyıq. Qərar əsasən ABŞ-Türkiyə münasibətlərini zədələməkdədir. İki ölkə arasındakı soyqulaşma, münasibətlərdəki çatlar daha da böyüyür. Türkiyə PKK, PYD, İŞİD kimi mövzularda dəstək ala bilmədiyi ABŞ-dan bu cür münasibət görüncə üzünü başqa səmtlərə çevirməyə, siyasətində köklü dəyişikliklər etməyə məcburdur. Obrazlı desək ABŞ prezidenti bu çıxışla Türkiyəyə, Azərbaycana, elə digər türk dövlətlərinə də "yol göstərmiş" oldu.

Türk Dövlətləri Birliyini (TDB) tez bir zamanda qurmaq, bu cür xain siyasətlərə, arxadan vurulan zərbələrə qarşı birlikdə olmaq, problemlərin öhdəsindən birgə gəlmək lazımdır. Hazırda Türkiyənin də, Azərbaycanın da üzərinə düşən Türk Şurasını daha da gücləndirmək, onu Türk Dövlətləri Birliyinə çevirmək, Türkmənistan, Pakistan, İran, Ukrayna, Cənubi Koreya, İraq, Əfqanıstan kimi dövlətləri də sıralarımıza qoşaraq dünyada yeni bir güc mərkəzi formalaşdırmaqdır. Ondan sonra hansısa ölkələrin qəbul etdiyi qərarlar, səsləndirdiyi bəyanatlar bizlərə heç bir təsir edə bilməyəcək. Bu hadisədən sonra Azərbaycanın Türkiyəyə dəstəyi birmənalı oldu. Türk Konseyinin rəhbərliyi də Türkiyəni dəstəklədi. Digər türk dövlətlərinin də birməanlı şəkildə dəstək verməsi lazımdır. Buna görə də TDB-ni tez bir zamanda qurmaq və həmin birliyi təmin etmək zamanıdır”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Lavrovun Bakı səfəri: Nə verib, nə alacaq?
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Azərbaycan NATO üçün tranzit rolunu oynayacaq - Danışıqlar gedir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Putin silahlarla bağlı göstəriş verdi
Son xəbərlər
Bütün xəbərlər »