Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranın XİN rəhbəri Yaxın Şərqdə regional dialoqa ehtiyac olduğunu bildirib
Cavad Zərif

“Yaxın Şərq bölgəsi ölkələri arasında dialoq təşkil edilməsinə ciddi ehtiyac var”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Qətərin paytaxtı Dohada bu ölkənin XİN rəhbəri Məhəmməd ibn Əbdül Rəhman Əl-Tani ilə danışıqlar zamanı bildirib.

“İranın xarici işlər naziri qeyd edib ki, Tehranın yanaşması bölgə ölkələri arasında münasibətlərin inkişafına yönəldilib, eyni zamanda regional dialoqun təşkilini alqışlayıb və bunu ciddi zərurət adlandırıb”, - İran XİN-in mətbuat xidmətinin açıqlamasında belə deyilir.

Eyni zamanda Zərif “iki ölkənin sahib olduğu potensialı nəzərə alaraq ticarət, iqtisadiyyat və investisiya sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb”.

Qətərin XİN rəhbəri isə öz növbəsində əlavə edib ki, “iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi üçün növbəti birgə komissiya Dohada keçiriləcək”.

Bundan başqa, bazar günü Cavad Zərif Qətər əmiri Şeyx Tamim ibn Həməd Əl-Taninin qəbulunda da olub. Tərəflər ikitərəfli münasibətlərin inkişafını, bölgədəki vəziyyəti, həmçinin nüvə anlaşması ilə bağlı məsələləri müzakirə ediblər.(apa)

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »