Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Putini unutdurmasın
Co Bayden, Vladimir Putin

Baydenin "soyqırım" ifadəsini işlətməsi Türkiyəyə böyük yanlış, hətta ABŞ-ın NATO üzrə müttəfiqinə xəyanətidir və bizə - ölkəmizə və bölgəmizə ciddi ölçüdə mənfi nəticələr doğura bilər.

Ancaq bunu Azərbaycan və Türkiyə öz xeyrinə çevirə də bilər. Zamanla görəcəyik. Ancaq bütün bunlar İsgəndər-M" cinayətini və parad avantürasını arxa plana keçirməməlidir; öz torpağımızda ölkələrimizin (Azərbaycanın və Türkiyənin) bayraqları yandırılır. Bu olaylara görə cavab verməli, mövqe bildirməli olan dövlət də məlumdur - Rusiya. Ancaq Azərbaycanın özü də adekvat rəsmi səviyyələrdə cavab tələb etməlidir. Həm də daha sıx və daha israrla. Konkret zaman çərçivəsində istədiyimiz və gözlədiyimiz cavab və addım gəlməsə, bu məsələləri beynəlxalq səviyyədə ədalət mühakiməsinə daşıya bilərik. Ancaq indi bu hadisələri araşdırmaq üçün dövlət komissiyası, yaxud parlament istintaq qrupu yaradıla bilər. Əslində indiyədək yaradılması lazım idi. Xeyli gecikmişik əslində. Baydenin "soyqırım" sayıqlamasına daha çox taxılıb da, Qarabağın dağlıq hissəsinin Azərbaycandan qoparılması prosesini görməzdən gəlməyək. Baydenin avantürist bəyanatı Rusiyanı haqlı çıxarmağa əsas verməz. Haqsızlıq edən təkcə Vaşinqton deyil, Rusiya da var. Bir mahnıda deyildiyinin əksinə olaraq, təzə dərd köhnə dərdə dərman verilməyib...

Bizimyol.info

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »