Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanovdan qələbə şərhi
Qurban Qurbanov

"Məsafəni nəzərə alsaq, son səfər oyunumuz idi, vacib qələbə qazandılar. "Qəbələ" haqda ancaq xoş sözlər deyə bilərəm. Düzdür, hesab böyük oldu, amma "Qəbələ" ən xoş sözlərə layiqdir. Bütün təzyiqlərə qarşı çəkinmədən mübarizə aparır. "Qəbələ"nin yaxşı hücum xətti var. Bu gün rəqib hücumlarda təhlükəli idi, amma qarşısını alırdıq. Bizim də bir neçə qol epizodumuz oldu, istifadə edə bilmədik. İkinci hissədə demək olar əlimizə düşən fürsətlərdən istifadə etdik. Futbolçularımı təbrik edirəm".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 24-cü turunda səfərdə "Qəbələ" üzərində 5:0 hesablı qələbə qazanan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, zədəli futbolçuların durumu haqda deyib: "Qarşıdakı günlərdə daha dəqiq biləcəyik. Böyük ehtimal Patrik Andradenin sabahdan məşqlərə başlaması gözlənilir. Bu günə qədər fərqli qaydada məşq edirdi. Bədavi "Sumqayıt"la oyundan sonra arxa əzələsində ağrı hiss etmişdi. Bir o qədər ciddi problem yox idi. Amma ehtiyatı əldən vermədik. Bu günə qədər fərqi qaydada məşq edirdi. Həkimlərin müayinəsindən sonra qərar verəcəyik".

Qurbanov qol vuran futbolçular haqda da danışıb: "Qol vuran futbolçuların meydanda olmağa üstünlükdür. İlk hissədə qol epizodlarımız oldu. Ümumiyyətlə, ilk hissələrdə rəqib daha diqqətli olur. Oyunda vurulan bir qol görürsən ki, çox şeyi dəyişir. Eyni zamanda 2-3 oyuna çıxmayan futbolçu meydana çıxanda ancaq qol vurmağı düşünür. Bu da əlavə üstünlükdür".

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »