Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA Tarix İnstitutu: Qondarma soyqırımı siyasiləşdirilmiş məsələdir
Milli Elmlər Akademiyası

AMEA Tarix İnstitutu ABŞ prezidenti tərəfindən 1915-ci il hadislərinin "erməni soyqırımı" kimi adlandırılmasını qəti şəkildə qınayıb.

AMEA Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müharibəsində tarixi qələbə, bu dövrdə Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi, iki ölkə arasındakı münasibətlərin yeni üfüqləri regionda və dünyada onların rolunu daha da artırıb: “Azərbaycan tərəfindən Ermənistanın kapitulyasiyası isə ermənilərin və ermənipərəst qüvvələrin anti-Azərbaycan və anti-Türkiyə platformasında konsolidasiyasını gücləndirdi. Bu proses qondarma erməni soyqırımı vasitəsilə Türkiyəyə təziyiqin artırılmasına yeni vüsət verdi. ABŞ prezidenti 24 aprel münasibətilə çıxışında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi adlandırdı. Bu aktın heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur, bu siyasiləşdirilmiş bir məsələdir. Belə olmasaydı, ermənilərin Birinci Dünya müharibəsinin gedişi zamanı və ondan sonrakı dövrdə istər Türkiyədə, istərsə də Azərbaycanda törətdikləri sözsüz soyqırımı, xüsusilə 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı birmənalı şəkildə tanınardı. Digər tərəfdən, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr tarixin predmetidir. Tarixi faktlar da, burada heç bir soyqırımı aktı baş vermədiyini təsdiq edir”.

Bu zamana qədər AMEA Tarix İnstitutunun tarixçiləri türkiyəli həmkarları ilə birlikdə, 1915-ci il hadisələri üzrə həqiqətlərin ortaya çıxarılması və dünya ictimaiyyətinə çatdırlması üzrə ortaq tədqiqatlar aparıb: “Azərbaycan tarixçiləri faktlara əsaslanaraq, 1915-ci ildə Osmanlı dövlətində "erməni soyqırımı" olması haqqındakı bütün iddiaları rədd edir. Bundan sonra da həmin hadisələrə dair həqiqətlərin araşdırılması sahəsində türkiyəli həmkarlarının yanındadır. ABŞ prezidentinin bu bəyanatı tarixi reallığı inkar edə bilməz, əksinə Azərbaycan və Türkiyə tarixçilərinin bu sahədə əməkdaşlığına yeni stimul verərək, qondarma "erməni soyqırımı" haqqında siyasiləşmiş qərarların ləğv olunmasınadək davam edəcək. Məsələnin tarixin prioriteti olması nəzərə alınaraq, AMEA Tarix İnstitutunun Elmi Şurası xüsusi müzakirə keçirəcək və onun nəticələrinə əsasən bəyanatla çıxış edəcək”.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »