Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrailli ekspert: “ABŞ-ın bu addımı dağıdıcı fəsadlara gətirib çıxaracaq”
Co Bayden

“Erməni soyqırımı”nın tanınması dağıdıcı fəsadlara səbəb olacaq.

Bunu Trend-ə israilli ekspert, vəkil Eli Naxt deyib.

Onun sözlərinə görə, “erməni soyqırımı”nın tanınması ədalət axtarışı demək deyil:

"Mənim fikrimcə, bu, Bayden administrasiyasının Suriya məsələsində, "Cənub axını" qaz kəməri layihəsində, S-400 zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqlarına görə, Prezident Ərdoğandan qisas almaq niyyətidir".

Ekspert bildirib ki, qondarma erməni soyqırımının tanınması ilk növbədə ABŞ-ın özü üçün qeyri-məhsuldar rəmzi addım olacaq: "Bu addım dağıdıcı fəsadlara gətirib çıxaracaq və ABŞ-Türkiyə münasibətlərində destabilizasiyaya, eləcə də Azərbaycanla ABŞ arasında münasibətlərində çətinliklərə yol açacaq. Eyni zamanda bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına da kömək etməyəcək"

E.Naxt əlavə edib ki, bu addımın əvəzində ABŞ heç bir siyasi dividend qazanmayacaq: "Qərar qəbul edərkən prezidend Bayden emosiyalarını yox, öz ölkəsinin geosiyasi maraqlarını rəhbər tutmalıdır".

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »