Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cənub bölgəsində İTV adından fırıldaqçılıq edənlər saxlanıldı
polis

Cənub bölgəsində İTV adından fırıldaqçılıq edən şəxslər iş başında yaxalanıb.

“Report” xəbər verir ki, onları Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları İTV-nin bölgə müxbirinin müraciəti əsasında saxlayıb.

Saxlanılan iki şəxs özlərini İctimai Televiziyanın əməkdaşları kimi təqdim edərək dükanları, tikinti materillarının satışı mağazalarını, iaşə obyektlərini özlərinin qanunsuz gəlir mənbələrinə çeviriblər. Fırıldaqçılar həmin obyektlərdə qanunsuzluqların olduğunu iddia edərək pul tələb ediblər, əks təqdirdə isə obyekt sahiblərini şantajla hədələyiblər.

Saxlanılan şəxslər son bir həftə ərzində Lənkəran, Cəlilabad və Biləsuvar rayonlarında silsilə dələduzluq əməlləri törədiblər. Araşdırma zamanı saxlanılan “jurnalist”lərdən birinin Ağcabədi rayon sakini İlahə Mikayılova olması məlum olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »