Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 26 aprel, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 26 aprel, 2021-ci il  tarixi üçün ulduz falını təqdim edir:

Günün başlanğıcı çox zəngin və maraqlı alınacaq. Bu, maraqlı fikirlərin yarandığı saatlardır. Yeni ideyalar çox cəsarətli, qəribə, riskli görünə bilər; amma yenə də ciddi yanaşmaq lazımdır. Bir az vaxt keçəcək və planlarınızı həyata keçirmək üçün fürsət tapacaqsınız. Yeni işlər götürə bilərsiniz, gözlədiyinizdən daha asan alınacaq.

Günortadan sonra daha rahat olacaq. Köhnə tanışlarla ünsiyyət üçün uygundur, hər kəs üçün vacib olan məsələləri müzakirə etmək imkanı olacaq. Münaqişəli adamların barışması üçün şərait yarabacaq.

Qoç – İnadkar və əzamkar olmağınız kömək edəcək. Çoxlarının bacarmadığını edə biləcəksiniz. Gün cəsarətli planları həyata keçirmək, çoxdan düşündüyünüz ideyaları həyata keçirmək üçün yaxşı şans verəcək. Hər şey istədiyiniz kimi getməsə də, niyyətlərinizdən əl çəkməyin. Bəzi Qoçlar bu gün ən vacib hədəflərinə çatacaqlar.

Bir çox insanlar sizə dəstək olmaq istəyəcəklər. Hər işdə etibar edə biləcəyiniz tərəfdaşları seçərkən səhv etməyəcəksiniz. Romantik münasibətlər təsadüfi bir tanışlıqdan başlaya bilər; tezliklə sizin üçün çox vacib olacaq münasibətlərə çevriləcək.

Buğa - Çox böyük fikirlər ortaya çıxacaq. Onların arasında dərhal həyata keçirmək istədiyiniz planlar da olacaq. Lazım olan fürsəti tezliklə yaxalaya biləcəksiniz. Çaşqınlıq yaşamadan fürsətlərdən yararlanmaq lazımdır. İntuisiyanızı dinləyin: doğru hərəkət trayektoriyasını izah edəcək.

Səhər gərgin anlar, xoşagəlməz söhbətlər mümkündür. Amma günün ikinci yarısı çox sakit keçəcək. Gələcəyinizi düşünmək və yaxınlarınızla müzakirə etmək üçün uyğun zamandır. Eyni zamanda, pulla bağlı qərarlar da verə bilərsiniz. Səhv ehtimalı minimaldır.

Əkizlər - Günün başlanğıcı olduqca çətin alına bilər. Söhbət hansısa arzuolunmaz hadisələrdən deyil, emosional fonun gərginliyindən gedir. Normalda sakit qalmağı bacaran Əkizlər də xırda məsələlərdən narahat ola bilərlər; bürcün daha soyuqqanlı nümayəndələri də bəzən əsəblərinə hakim ola bilməyəcəklər. Saatlar keçdikcə vəziyyət sabitləşəcək, işə köklənmək, yarımçıq işləri sona çatdırmaq daha asan olacaq.

Günortadan sonra pul gəliri gözlənilir. Biznes danışıqları və həqiqətən vacib olan məsələlərin müzakirəsi üçün çox uyğun zamandır. Fikirlərinizi ümumiyyətlə, heç kimi dinləməyəm adamlara da çatdırmağın yolunu tapacaqsınız.

Xərçəng - Xırda şeylərə görə hirslənməyin. Bu gün şərait necə olursa, olsun, soyuqqanlı qalmaq, təxribatları rədd etmək vacibdir. Hisslərinizin təsiri altına düşməsəniz, yaxşıya doğru dəyişikliyin bir yolunu tapacaqsınız. Köhnə tanışların məsləhətləri faydalı olacaq. Etibar etdiyiniz insanlara müraciət etməkdən çəkinməyin.

Gün maliyyə baxımından uğurludur. Pul gəliri vəd olunur, əhəmiyyətli mənfəət gətirəcək sövdələşmələr bağlamaq şansı yaranacaq. Yaxşı alış-veriş etmək imkanınız olacaq.

Şir - Başqalarının uğur qazana bilmədiyi situasiyalarda hədəfə çatmaq çansı verən məhsuldar bir gündür. Kiçik anlaşılmazlıqlar istisna edilmir, ancaq sizi özünüzdən çıxarmayacaq və planınızdan imtina etməyə məcbur etməyəcək. Gün işgüzar məqsədlər üçün yaxşıdır. Faydalı ola biləcək hər şeyi diqqətə ala biləcəksiniz.

Axşam dərhal qəbul etmək istədiyiniz gözlənilməz təkliflərin zamanıdır. Tanıdığınız birinin yaxşı bir fikir və ya vacib bir xəbəri sizinlə paylaşması mümkündür. Romantik sürprizlər də yer ala bilər.

Qız - Özünüzü qorumaq vacibdir. Bu gün əsəbi və narahat ola, təsir edə bilməyəcəyiniz vəziyyətlərdən həyəcanlana bilərsiniz. Durumu yaxşıya doğru dəyişdirmək, çoxdan qoyulmuş bir hədəfə çatmaq şansınız olacaq. Burada özünüzü itirməyin - vaxtında hərəkətə başlamaq vacibdir. Bir çox Qızlara köhnə dostları və etibarlı tanışları kömək edəcək. Həmfikir insanlarla ünsiyyət ilham verəcək, maraqlı fikirlər ortaya çıxacaq.

Aşırı yüklənmədən və stressli vəziyyətlərdən çəkinməyə çalışın. Bir az rahatlanmağınız, xoşagəlməz düşüncələri başınızdan çıxarmağa kömək edən məşğuliyyətlər tapmağınız faydalı olacaq.

Tərəzi - Başqaları ilə münasibət qurmaq həmişə asan olmur. Çox vaxt yaxşı tanıdığınız insanlar qəribə davranır, sizi xoşagəlməz tərzdə təəccübləndirir. Yalnız öz gücünüzə güvənməyə başlasanız, kiminsə sizə kömək edəcəyini və ya yaxşı bir məsləhət verəcəyini düşünərək oturub gözləməsəniz, bir çox hədəflərə çatmaq daha asan olacaq.

Yaxşı fikirlər ortaya çıxa bilər. Əsasən işlə əlaqəli olacaq. Planın həyata keçirilməsi üçün uyğun an bir az sonra gələcək, buna görə də səbr edin. Pula gəlincə, risk etmək zərər verəcək.

Əqrəb - Günün əvvəlində mübahisələrdən çəkinin. Xırda şeylərdən həyəcanlanırsınız, sevdiyiniz və hörmət etdiyiniz insanları incidə bilərsiniz. Bundan əlavə, bürcün bəzi nümayəndələri keçmişlə bağlı xoşagəlməz düşüncələrə qapılırlar. Zamanla müsbət tendensiyaların təsiri artacaq.

Əhval-ruhiyyəniz yaxşılaşacaq, bir çox Əqrəblər nikbin əhvala köklənəcəklər. Günortadan sonra yaradıcı bir yanaşma tələb edən hər hansı bir fəaliyyət üçün son dərəcə əlverişli bir zamandır. Bir çox məsələlərin həllinə gözlənilməz bir rakursdan yanaşacaqsınız, başqalarının görmədiklərini nəzərə ala biləcəksiniz.

Oxatan - Məhsuldar gün olacaq. Mövcud əlaqələri gücləndirməyə, yeni tanışlarla işbirliyi barədə danışıqlara imkan verəcək. Söhbət uzaq gələcəklə bağlı planlardan gedir, amma cari planlarınızı da həyata keçirmək üçün yaxşı fürsətlər olacaq. Bəzi Oxatanlar peşəkar baxımdan çox uğurlu qərarlar verəcəklər və bürcün nümayəndələri üçün yeni perspektivlər açacaq.

Gözlənilməz mənbələrdən pul gəliriniz ola bilər. Qiymətli alış-verişlər etməyiniz mümkündür. Çox da düşünmədən etdiyiniz təsadüfi satınalmalar da əsasən uğurlu olacaq.

Oğlaq - Uğurlu gündür. Asan və xoş alınacaq. Hədəflərinizə çatmaq çox da böyük səy göstərməyə ehtiyac olmayacaq. Bəzi uğurlu təsadüflər mümkündür və bunların sayəsində qarşınızda yeni perspektivlər açılacaq. Unutmayın: Boş yerə vaxt sərf etmək olmaz, planları uzun müddət üçün təxirə salmayın, yaxşı fikirləriniz varsa, dərhal həyata keçirməyə çalışın.

Həyatınıza qeyri-adi bir şey gətirməyə çalışın; yeni təəssüratlar çox faydalı olacaq. Yeni bir marşrut boyunca gəzinti yüksək əhval və maraqlı fikirlər gətirə bilər.

Dolça - Gün böyük fikirlərlə doludur. Hansının dərhal həyata keçirilməli olduğunu və hansının gözləyə biləcəyini səhv etmədən başa düşəcəksiniz. Qarşınızda çox maraqlı imkanlar açılacaq və heç birini qaçırmayən. Başqalarına asanlıqla uyğun yanaşma tapacaqsınız və ehtiyacınız olduğu zaman dəstək alacaqsınız. Son vaxtlar çox darıxdığınız bir insanla görüşməyiniz mümkündür.

Diqqət tələb olunan yeganə sahə maliyyədir. Pulunuzu xırda şeylərə sərf etməyin, alış-verişə tələsməyin. Ən kiçik şübhəyə belə səbəb olan sövdələşmələrə girməkdən çəkinin.

Balıq - Günün ilk yarısı çətin və mürəkkəb ola bilər. Planlar barədə qərar vermək, ilk növbədə nəyi həll etməki olduğunuzu başa düşmək çətin olacaq. Bəzi Balıqlara başqalarının məsləhəti kömək edəcək, lakin daha çox öz intuisiyanıza güvənməli olacaqsınız. Əvvəllər qazandığınız təcrübə də faydasız ola bilər: Tamamilə yeni vəziyyətlərə düşəcəksiniz və adət etdiyiniz metodlar təsirsiz olacaq.

Günün ikinci yarısı daha asan və əlverişli olacaq. Uğurlu təsadüflər, sizə maraqlı ideyalar verəcək gözlənilməz hadisələr mümkündür. Axşam ev məclisi üçün əlverişli saatlardır; yəqin ki, bunun üçün bir səbəb olacaq.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
Son xəbərlər
Bütün xəbərlər »