Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkil çəkməyə görə cərimə tətbiq olunan kənd - Fotolar
Telefon, fotoaparat

Təbiətinə görə İsveçrə dünyanın ən gözəl ölkələrindən biri sayılır. Səyahətsevərlər bura füsunkar mənzərələri izləmək üçün can atırlar. Amma İsveçrənin hər yerində turistlərə qarşı dözümlü deyillər. Bergün kəndində onları hətta cərimə edirlər.

Bizimyol.info xəbər verir ki, Albula bölgəsində yerləşən yaşayış məntəqəsində 2017-ci il mayın 29-dan yeni qayda tətbiq olunub. Burada foto çəkmək qadağan edilib. Səsverməyə çıxarılan məsələ müsbət həllini tapıb. Foto çəkənlər 5 İsveçrə frankı dəyərində cərimə olunur. Söhbət 4.5 avrodan gedir.

Bergün kəndinə gedən yol, İsveçrə, Foto: www.alltheplacesyouwillgo.com Bergün kəndinə gedən yol, İsveçrə, Foto: www.alltheplacesyouwillgo.com

Təxminən 500 nəfərin yaşadığı kənddə sözün əsl mənasında turistlərdən beziblər. Çünki buranı görməyə gələnlər bəzən sakinlərin ənənəvi həyatına mane olur. Onlar hər yerdə şəkil çəkdirməyə çalışır. Dörd il əvvəl dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən kənddə vəziyyəti dəyişmək qərarına gəldilər. Yeni qaydalara görə, yalnız qatarla keçərkən, toy vaxtı və öz həyətindən fotolar çəkə bilərsən. Göründüyü kimi, turistlərin tamamilə əl-qolu bağlanıb. Azacıq imkan da yerli adamlar üçün saxlanılıb.

Bergün kəndi, İsveçrə, Foto: www.belaruspartisan.by Bergün kəndi, İsveçrə, Foto: www.belaruspartisan.by

Bayram günlərində Bergün bir ayrı xoş təsir bağışlayır. Yerli insanlar xüsusi, tarixi geyimlərdə küçələrə çıxır. Kəndin uşaqları boynunda zənglərlə ora-bura qaçır. Bayram günlərində turistlər bura təşrif buyurur. Foto çəkməmək mümkün deyil. Məhz həmin günlərdə cərimələr sayəsində Bergün büdcəsinə xeyli vəsait toplanır.

Bergün kəndində qış, İsveçrə, Foto: www.mpinteractiv.ro Bergün kəndində qış, İsveçrə, Foto: www.mpinteractiv.ro

Cərimə qərarını da özünəməxsus şəkildə marketinq fəndi adlandırmaq olar. 2017-ci ilin mayında kənd haqqında xəbəri dünyada milyonlarla insan oxumuşdu. Bergün barədə videoya baxış sayı 50 milyonu keçmişdi. Səyahətsevərlər bundan sonra İsveçrənin Alp dağlarına sığınmış yaşayış məskəninə xüsusi diqqət göstərməyə başlamışdı.

Bergün kəndində bahar, İsveçrə, Foto: www.pl.hi-traveller.com Bergün kəndində bahar, İsveçrə, Foto: www.pl.hi-traveller.com

Bergünün tarixi orta əsrlərə qədər gedib çıxır. 1571-ci ildə burada 542 nəfər yaşayırmış. Zamanla əhalinin sayı artıb. 20-ci əsrin əvvəllərində say 1500-ü keçib. Amma son illər gənclər böyük şəhərlərə üz tutur. Kənddə xeyli qoca yaşayır. Onlar 5-inin yaşı 90-ı ötüb. Bergünün ən yaşlı sakininin hazırda 99 yaşı var.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
Son xəbərlər
Bütün xəbərlər »