Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə XİN-dən Baydenin açıqlamasına sərt cavab
XIN - Türkiyə Xarici İşlər Nazirliyi

Rəsmi Ankara ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” barədə açıqlamasına münasibət bildirib.

Bu barədə Türkiyə XİN-dən bəyanat yayılıb.

“ABŞ prezidentinin radikal erməni dairələri ilə Türkiyə əleyhdarı qrupların təzyiqi altında 24 aprel tarixində etdiyi 1915-ci il hadisələrinə dair açıqlamanı qəbul etmirik.

Sözügedən açıqlamanın mövzuya dair elmi və hüquqi bir əsasa, sübuta əsaslanmadığı ortadadır. 1915-ci il hadisələrinə dair beynəlxalq hüquq baxımından soyqırımı ifadəsinin istifadə edilə bilməsi üçün zəruri şərtlərin heç biri mövcud deyil.

Avropa İnsan Hüquqları Məhkəməsi 1915-ci il hadisələrinin mübahisəli mahiyyətini açıq şəkildə ifadə edib. Bundan əlavə, Türkiyənin həmin dövrə dair elmi həqiqətlər işığında ədalətli bir yaddaşın yaradılması üçün 2005-ci ildə Ortaq Tarix Komissiyası yaradılması təklifi də erməni tərəfi buna yaxın durmasa belə, bu gün hələ də qüvvədədir. Tarixi mövzularda hökm oxumağa nə hüquqi, nə də mənəvi cəhətdən səlahiyyəti olan ABŞ prezidentinin verdiyi açıqlamanın heç bir dəyəri yoxdur.

Mədəniyyətlərin beşiyi kimi adlandırılan bir coğrafiyanın mərkəzində yerləşən və yaşadığı bütün ağrılara baxmayaraq, bəşəriyyətin sülh və rifahı üçün səy göstərməyi şüara çevirən Türkiyə tarixi ilə üzləşməkdən heç bir zaman qaçmadığı kimi, bu mövzuda ABŞ da daxil olmaqla heç kimdən dərs almayacaq”.(apa)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »