Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin xüsusi təyinatlı hərbçiləri Şimali İraqda əməliyyatlara başlayıb
Türk ordusu

"Türk Silahlı Qüvvələrinin xüsusi təyinatlı qəhrəman hərbçiləri Şimali İraqdadır".

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bunu Türkiyə Müdafiə Nazirliyinin "Twıtter" səhifəsində paylaşıb.

Qeyd edək ki, "CNN-Türk" telekanalı Türkiyənin İraqdakı PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatına Ankaradan Türkiyənin müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) baş qərargah rəisi Yaşar Gülərin nəzarət etdiyini bildirib.

TSK İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə qırıcı təyyarə və vertolyotlardan hava zərbələri endirib. Xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına başlayıb.

İki ay yarım öncə isə 10 fevralda TSK İraqın Qara bölgəsində "Pəncə-qartal-2" hərəkatı başladaraq 60-a yaxın terrorçunu zərərsizləşdirib, hərəkat zamanı terrorçuların mağarasında girov saxlanılan və qətlə yetirilən 13 günahsız Türkiyə vətəndaşının cəsədi də aşkarlanmışdı.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »