Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda daha üç məktəb məsafədən təhsilə keçib
Məktəb - Dərs

Ağdaş rayonunda daha üç orta məktəb məsafədən təhsilə keçib.

Ağdaş şəhəri Bəkir Nəbiyev adına 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəb və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü hümanitar gimnaziyada müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən aprelindən 24-dən etibarən Ağdaş Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən həmin tədris ocaqlarında dərs prosesinin məsafədən təhsilə keçirilməsinə qərar verilib.

Artıq məktəb rəhbəliyi şagird və valideynləri xəbərdar edib. Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəblərin girişi və bütün otaqları, idman zalları dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində Ağdaş rayonu üzrə təhsil müəssisələrində bu günə kimi 60-a yaxın şagirddə və 30-dan çox müəllimdə COVID-19 virusu aşkarlanıb.(report)

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »