Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gürcüstan Azərbaycana qarşı xəyanətkar addımına görə qınanmalıdır”
AŞPA - Avropa Şurası Parlament Assambleyası

“Müharibənin bitməsindən 10 gün sonra Azərbaycan ərazisinə keçərək təxribat törətməyə çalışan quldurların məsələsini Ermənistan müntəzəm olaraq beynəlxalq platformalarda qaldırır. AŞ PA-da bu məsələni gündəmə gətirməklə ermənilər həmin təşkilatın vasitəsilə terrorçuları “hərbi əsir” adlandıracaqlarını, bununla da Azərbaycana təzyiq edib caniləri buraxdıracaqlarını zənn etməkdədirlər. Lakin onların bu cəhdləri nəticəsiz bitdi və AŞ PA Azərbaycana qarşı hansısa sənəd qəbul etmədi”.

Bu fikirləri bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“II Qarabağ savaşı Ermənistanın biabrıçı məğlubiyyətilə bitməsinə baxmayaraq düşmən tərəf bundan hələ də nəticə çıxarmayıb. Azərbaycan-Ermənistan sərhədində, Xankəndidə təxribatlar törətməkdən tutmuş, Avropa Şurası Parlament Assambleyaasında və digər mötəbər tribunalarda yalan məlumatlar yaymağa qədər bütün addımlara əl atan ermənilər müharibənin ağrısını, məğlubiyyətin acısını çıxartmağa çalışırlar. Müharibənin bitməsindən 10 gün sonra Azərbaycan ərazisinə keçərək təxribat törətməyə çalışan quldurların məsələsini Ermənistan müntəzəm olaraq beynəlxalq platformalarda qaldırır. AŞ PA-da bu məsələni gündəmə gətirməklə ermənilər həmin təşkilatın vasitəsilə terrorçuları “hərbi əsir” adlandıracaqlarını, bununla da Azərbaycana təzyiq edib caniləri buraxdıracaqlarını zənn etməkdədirlər. Lakin onların bu cəhdləri nəticəsiz bitdi və AŞ PA Azərbaycana qarşı hansısa sənəd qəbul etmədi.

Ermənistanın bu çabaları ümidsizlikdən başqa bir şey deyil. Müharibə bitib, onlar odu söndürüb küllə oynayırlar. Gah sərhəddə təxribat törədirlər, gah Xankəndiyə əsgər göndərirlər, Azərbaycana qarşı qisas çağırışları edirlər, gah da terrorçu erməniləri “hərbi əsir” adlandırmaqla onları azad etmək üçün təzyiqlər etməyə çalışırlar. Xocalı, Qaradağlı, Bağanis-Ayrım kimi soyqırımlar törədən ermənilərin ədalətdən, haqdan danışması dünyaya, beynəlxalq hüquqa yumşaq desək tüpürməkdir. Müharibənin başa çatması ilə bağlı imzalanan Bəyanatdan sonra başqasının torpaqlarına soxulan, buna görə də layiqli cəzasını alan terrorçuları AŞ PA-da “hərbi əsir” kimi təqdim etmək cəhdləri uğursuzluğa düşar olan ermənilərin ağıllanması, olanları soyuq başla qoiymətləndirməsi, reallıqlarla hesablaşması lazımdır.

AŞ PA-da bu məsələ gündəmə gələrkən Gürcüstanı təmsil edən deputatların erməniləri dəstəklməsi də bir ayrı problemdir. Guya Azərbaycanla Ermənistan arasında balanslı siyasət yürütməyə çalışan Gürcüstanın ilk fürsətdəcə düşmənlərimizə dəstək verməsi, həm də haqsız bir mövzuda dəstəkləməsi onların iç üzünü göstərir. Keşikçidağ məsələsində Azərbaycana qarşı təxribatlar edən Gürcüstanın bu cür həssas məqamda da Ermənistanın yanında yer alması bizlərə dərs olmalıdır. Azərbaycan və Türkiyə Gürcüstanın bu hərəkətinə görə ona yerini və həddini bildirməli, etirazını açıq bir şəkildə bildirməlidir. Hesab edirəm ki, Gürcüstan bu xəyanətkar addımına görə sərt şəkildə qınanmasa, etirazlar olmasa, gələcəkdə bu ölkədən başqa təxribatlar da görə bilərik”,- deyə ekspert qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »