Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 25 aprel, 2021
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 25 aprel, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. Fərqli insanlar uzlaşa biləcəklər, ümumi fəaliyyətlə bağlı razılığa gəlmək asan olacaq. Bəzi köhnə ideyalara qayıtmaq və onları hamının istəyinə uyğun şəkildə həyata keçirmək şansı olacaq. Bu, konstruktiv dialoqlar, qarşılıqlı yardım və əməkdaşlıq dövrüdür.

Günün ikinci yarısı bir qədər çətin olacaq. Bəzi insanlar özləri tək qalmaq istəyəcəklər, amma bu həmişə mümkün olmayacaq. Səfeh hərəkətlərdən, tələsik qərarlardan qaçmaq daha yaxşıdır. Sonra vəziyyəti düzəltmək üçün çox zaman tələb oluna bilər.

Qoç - Günün əvvəli sıx və maraqlı olacaq. Ulduzlar sizin tərəfinizi tutacaq. Bundan istifadə edib tamamilə yeni bir hədəf qoymağa dəyər; tez bir zamanda uğur qazanacaqsınız. Uğurlu təsadüflər nəticəsində maraqlı ideyalar ortaya qoya bilərsiniz. Əvvəllər öyrəndikləriniz lazımlı olacaq.

Günortadan sonra diqqətinizi başqalarının problemlərinin həllinə yönəltməyə məcbur olacaqsınız. Öz işlərinizə lazımi qədər zaman ayıra bilməyəcəksiniz. Amma çətin vəziyyətdə olan insanlara kömək etməkdən məmnun qalacaqsınız. İndi dəstəklədiyiniz insanlar sonda etibarlı dostlara çevriləcəklər.

Buğa - Çətin problemləri həll etmək üçün yaxşı gündür. Ciddi əhvala köklənəcəksiniz, təfərrüatlara diqqət yetirəcəksiniz, heç nəyi gözdən qaçırmayacaqsınız. Bir çox Buğalar başqalarının səhvlərindən dərs alacaqlar və bu, öz səhvlərindən qaçmağa imkan verəcək. Sevdiklərinizlə münasibətlər sakit şəkildə inkişaf edəcək. Münaqişə və mübahisə üçün heç bir əsas olmayacaq.

Uğurlu alış-verişlər etməyiniz mümkündür. Özünüzü və sevdiklərinizi uzun müddət məmnun edəcək malları seçib alacaqsınız. Günortadan sonra kiçik gəzintilər üçün əlverişli zamandır. Yeni bir marşrut boyunca hərəkət etmək yaxşı olar: maraqlı və ruhlandırıcı mənzərələr görmək şansınız var.

Əkizlər - Hadisələr və yeniliklərlə dolu bir gündür, yaradıcılıq fəaliyyəti üçün mükəmməl zamandır. Bürcün bir çox nümayəndələrini ilham pərisi müşayiət edəcək. Əkizlərin dərhal həyata keçirilməsi mümkün olan ideyaları ortaya çıxacaq. Köhnə dostlar və yeni tanışlar təmənnasız qaydada kömək təklif edəcəklər, çox da çəkinmədən qəbul edə bilərsiniz.

Günortadan sonra son həftələr ərzində çox enerji sərf etdiyiniz bir işi başa vurmaq üçün imkan yaranacaq. Nəticədən razı qalacaqsınız. Elmi sahədə çalışanları da uğur gözləyir.

Xərçəng - Maraqlı fikirlərlə dolu parlaq, məşğul bir gündür. Bir yerdə dayanıb vaxt itirmək istəməyəcəksiniz. Bir çox Xərçənglər gələcək planları barədə qərar verəcək, yaxın gələcəkdə nəyə diqqət yetirməli olduqlarını başa düşəcəklər. Çox maraqlı təkliflər ola bilər. Sizi maraqlandıran bir iş və ya yaradıcı bir layihə ilə əlaqəli təkliflər gözləməyə dəyər.

Gün dostluq və romantik münasibətlər baxımından əlverişlidir. Sizin üçün əziz olan insanlarla rahat uzlaşacaqsınız. Köhnə əlaqələri bərpa etmək, küsülü olduğunuz insanlarla barışmaq üçün fürsət yaxalayacaqsınız.

Şir - Bir çox işlərdə uğur qazanmaq şansı verən əla gündür. Təxəyyülünüz genişdir, tez-tez özünəməxsus şəkildə davranırsınız, hədəfə gedən yolu özünüz axtarırsınız və başqalarına tabe olmursunuz. Bir çox Şirlər üçün bu gün yeni ideyalarla yadda qalacaq. Onları gerçəkləşdirməklə bürc nümayəndələri peşəkar zirvələri fəth edəcəklər.

Şəxsi münasibətlər ahəngdar bir şəkildə inkişaf edəcək, yaxınlarınız hər işdə sizə dəstək olacaqlar. Gözlənilməz ziyarətlərin ehtimalı yüksəkdir. Uzun müddət görüşmədiyiniz insanlar qonaq gələ bilərlər. Söhbət üçün çoxlu maraqlı mövzular var.

Qız - Günün əvvəli asan və uğurlu olacaq. Heç bir işi sonraya təxirə salmayın, günün ilk yarısında yaranan əlverişli atmosferdən istifadə etməyə çalışın. Çoxdan bəri düşündüklərinizi həyata keçirmək üçün əlverişli şərait olacaq. Ola bilər ki, daha əvvəl buraxdığınız səhvləri düzəltmək fürsətiniz olacaq. Köhnə fikirlərə qayıtmaq faydalı olacaq. İndi onları həyata qaytarmaq mümkün olacaq.

Günortadan sonra vacib söhbətlər üçün əlverişli zamandır. Yaxınlarınızla ümumi planları müzakirə edə bilərsiniz. Birlikdə planlarınızı sürətli bir şəkildə həyata keçirmək üçün necə davranacağınızı başa düşəcəksiniz.

Tərəzi - Sakit, xoş və uğurlu bir gündür. Yarımçıq işləri tamamlaya bilərsiniz. Bəzi Tərəzilər üzərində çoxdan bəri baş sındırdıqları suallara cavab tapacaqlar. Yaxşı fikirlər yarana bilər. Bu günün hadisələri sayəsində bir çox məsələlərə yeni tərəfdən baxacaqsınız.

Gün maliyyə baxımından da uğurludur. Nağd pul gəliriniz ola bilər. Bəzi Tərəzilərə köhnə borclar qaytarılacaqlar. Aldığınız pulu israf etməyə tələsməyin. Bir az sonra bu məbləği daha yaxşı şəkildə məsrəf edə biləcəksiniz. Bu gün çox məmnun qalacağınız gözlənilməz hədiyyələr ala bilərsiniz.

Əqrəb – Günün əvvəlində təmkininizi qoruyub saxlamaq çətin ola bilər. Ətrafınızdakı insanlar tez-tez sizdən kömək istəyəcəklər. Öz rifahınızdan daha çox başqaları üçün narahat olmalısınmız. Ehtiyacı olanları dəstəkləmək üçün planlarınızı dəyişdirməyə məcbur olacaqsınız.

Günortadan sonrakı saatlar yüngül və xoş atmosferdə keçəcək. Maraqlı tanışlıqlar, qeyri-adi insanlarla görüşlər gözlənilir. Dostluq və ya romantik münasibətlərin başlanğıcı istisna deyil. Sizi ilk dəfə görənlərin də rəğbətini asanlıqla qazana bilərsiniz: təbii davranmaq kifayət edəcək.

Oxatan - Günün başlanğıcı çox əlverişli və maraqlı olacaq. Bu, böyük fikirlərin yarandığı zamandır. Onların arasında dərhal həyata keçirə biləcəyiniz təsirli ideyalar da ola bilər. Yolunuza fasiləsiz qaydada davam etməyiniz lazımdır, planlarınızı həyata keçirmək üçün istənilən əlverişli vəziyyətdən istifadə etməyə çalışın. Bacarıqlısınız, qeyri-adi metodlardan istifadə etməyə hazırsınız, bu çox vaxt rəqiblərinizi çox geridə qoymağa kömək edir.

Günortadan sonra daha sakit zaman gələcək. Yarımçıq işləri başa çatdırın. Bəzi Oxatanlar çoxdan bezdirən problemlərini həll edə biləcəklər.

Oğlaq - Gözəl gün gözlənilir. Yalnız gərgin emosional fonun olması mükəmməl mənzərəni bir qədər korlaya bilər. Bu səbəbdən də həmişəkindən daha çox narahat və əsəbi ola bilərsiniz. Vəziyyətə pozitiv baxmağa çalışın, sevinc üçün səbəb axtarın. Zamanla müsbət tendensiyaların təsiri artacaq.

Günün ikinci yarısı daha asan olacaq. Bu zaman xoş sürprizlər, gözlənilməz hədiyyələr mümkündür. Axşam romantik anlarla zəngindir, sevdiyiniz və ya xoşuna gəlmək istədiyiniz bir adamla görüşmək üçün çox uyğundur.

Dolça – Enerjili və qətiyyətlisiniz. Qibtə ediləcək bir qətiyyət göstərirsiniz. Bütün bunlar başqalarının büdrədiyi yerlərdə sizə uğur qazanmaq şansı verir. Bir çox Dolçalara insanlarla ünsiyyət qurmaq, hər kəsə uyğun bir yanaşma tapmaq qabiliyyəti kömək edəcək. Ola bilər ki, bu gün etibarlı tərəfdaşlar və həqiqi dostlar tapasınız.

Bəlkə də yeni romantik münasibətlər başlayacaq. Ancaq burada tələsmək lazım deyil. Təəssüf ki, bəzən keçici istəkləri səmimi impulslarla səhv sala bilərsiniz. Həm vəziyyəti, həm də öz təcrübənizi anlamaq üçün bir az vaxt lazımdır.

Balıq – Təmkinli olun və təxribatlara uymayın. Kiçik məsələlərə məhəl qoymayın və özünüzdən asılı olmayan problrmlərə hörə özünüzü üzməyin. Bəzən problemlərə fəlsəfi yanaşmaq narahatlıqdan qoruyur. Köhnə işləri tamamlamağa çalışın. Sizi çox düşündürən suallara cavab tapa bilərsiniz.

Uğurlu təsadüflər sayəsində taleyinizdən xoş hədiyyələr almağınız mümkündür. Bəlkə də düzgün qərarlar qəbul etməyinizə kömək edən bu təsadüflər həyatınızda yaxşılığa doğru böyük bir dəyişikliyin bünövrəsini qoyacaq. Bir çox Balıqlar dəyərli məsləhətlər alacaqlar.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
Son xəbərlər
Bütün xəbərlər »