Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Melkonyan: “Ankara və Bakı Qarabağ məsələsində istəyinə nail olub”
Türkiyə və Azərbaycan bayraqları

Azərbaycan qarşısında aldığı ağır məğlubiyyətdən sonra Ermənistanda bir çox məsələlərə baxışın dəyişməsi müşahidə edilir. Sülh şəraitində yaşamaqdan danışanların sayı artıb. Türkiyə ilə əlaqələrin yaxşılaşdırılmasından da söz açan az deyil.

Bizimyol.info xəbər verir ki, xüsusilə Ermənistan müxalifəti Ankara ilə dostluğun yaranmasına qarşı çıxır. Hökumətin əleyhdarları bu siyasətin İrəvana yaxşı heç nə vəd etmədiyini iddia edir. Bənzər fikri İrəvan Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan da mətbuat konfransında səsləndirib. Dekan Ermənistan üçün Türkiyə təhlükəsinin artdığını deyib.

Ruben Melkonyan Ruben Melkonyan

“Ankaranın İrəvan qarşısında üç şərti var. Birincisi, Osmanlı imperiyasının həyata keçirdiyi soyqırımın beynəlxalq tanınması üçün aparılan prosesdən imtina. İkincisi, 1921-ci il Qars müqaviləsinin qəbul olunması. Məhz buna görə indiki sərhədlər təsdiqlənib. Üçüncüsü, Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyindən şıxış edərək həll olunması. Ankara və Bakı Qarabağ məsələsində istəyinə nail olub. Türkiyənin həll olunmamış iki məsələsi qalıb. Ankara bunların həlli üçün təzyiqi davam etdirəcək”.

Melkonyan deyib ki, Ermənistan hakimiyyəti bölgədə Türkiyənin gücünün artmasına lazımi diqqət göstərmir. Dekan elm adamlarının bu məsələdən narahatlığını ifadə edib. Melkonyan məhz həmin kəsimin məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirib.

Mətbuat konfransında söz alan türkşünas Varujan Gegamyan 2020-ci ildə 10 noyabr bəyanatından sonra bölgədə yeni reallıq yaratdığını söyləyib. O, Ankaranın mövqeyinin gücləndiyini deyib. Gegamyan bildirib ki, Türkiyə ilə Azərbaycanın əsas məqsədi Ermənistanı zəiflətməkdir.

“Cəmiyyət Ankara ilə yaxınlaşmanın detallarından xəbərsizdir. Halbuki indi Türkiyə ilə münasibətlərin istiləşməsinin Ermənistana heç bir xeyri yoxdur. Ankara aqressiv siyasətini davam etdirir. Hər şey dövlətin real imkanlarını hesablamayan bir qrup siyasətçinin istəyinə gedib çıxır”.

Türkiyə ilə dostlaşmadan hamıdan əvvəl baş nazir Nikol Paşinyan danışmağa başlamışdı. Ermənistan hökumət rəhbəri düşmənçilik siyasətindən imtina etməyin vaxtının çatdığını demişdi. Paşinyan bölgəyə baxışın dəyişməli olduğunu düşündüyünü dilə gətirmişdi. Onun partiyasını təmsil edən bir çox deputatlar da Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına tərəfdar çıxıblar.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »