Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdamdakı erməni vəhşiliyi Fransa mətbuatında
Ağdam şəhəri Ermənistanın işğalından sonra

Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi (www.lecarrefour.az), fransızdilli jurnalist Zeynab Kazımovanın Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə aprelin 15-də jurnalistlərin Ağdama səfərindən hazırladığı “Qarabağın ruhlar şəhəri Ağdamda bir gün” (Une journée à Aghdam, ville fantôme du Karabakh) adlı reportajı Fransanın musulmansenfrance.fr xəbər portalında yayımlanıb.

Ağdamın 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edildiyinə diqqət çəkən müəllif Ağdam şəhərinin və rayonun kəndlərinin ermənilər tərəfindən dağıdıldığını vurğulayıb. Yazıda bildirilir ki, işğal altında olduğu dövrdə Ağdam şəhəri və kəndləri yerlə yeksan edilib. Eyni zamanda, Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələr, qəbiristanlıqlar, yaşayış obyektləri, xəstəxanalar, kitabxanalar, məktəblər, idarə və müəssisələr hamısı ermənilər tərəfindən dağıdılıb, Yer üzündən silinib.

Məqalədə Qaragacı qəbiristanlığı, Şəhidlər xiyabanı, II Şəhidlər Xiyabanında olan bütün məzarların, həmçinin Xocalı soyqırımı nəticəsində ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlıların məzarlarının dağıdılaraq məhv edildiyi deyilir. Ağdamın işğaldan öncə geniş infrastruktura malik olduğuna diqqət çəkən müəllif şəhəri Qarabağın mədəniyyət və musiqi beşiyi kimi xarakterizə edərək, Şuşa kimi burada da Azərbaycan musiqisinin, muğam sənətinin geniş inkişaf etdiyini, teatr, mədəniyyət abidələri, dünyada yeganə olan çörək muzeyinin bu şəhərdə olduğunu, lakin ermənilərin işğalı nəticəsində burada heç nəyin qalmadığını, şəhərin tamamilə viran qoyulduğunu qeyd edib. Məzarlıqların, o cümlədən Azərbaycanın görkəmli şairəsi Natəvanın qəbrinin, həmçinin qəbirüstü abidələrin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasına diqqət çəkib. Reportajda Ağdamın tamamilə yerlə yeksan edildiyi, bütün tikililərin yoxa çıxdığı, infrastrukturun dağıdıldığı bildirilir. Ağdam sözünün etimologiyasını izah edən jurnalist bu gözəl şəhərin indi “Qafqazın Xirosiması” adlandırıldığını təəssüflə nəzərə çatdırır. “ Bu gün Ağdam heç bir şey qalmayan, xarabalıqlarla dolu ruhlar şəhəridir. "Ağ Ev" "Qafqazın Xirosiması" na çevrilib” – deyə müəllif kədərini ifadə edir.

Səfər boyu əslən ağdamlı olan jurnalist həmkarlarının hiss və təəssüratlarını da qələmə alan jurnalist onların öz evlərinin xarabalıqlarına ürək sızladan göz yaşları ilə baxdıqlarını, hər bir evin, məktəbin yerini göstərdiklərini, uşaq vaxtı müxtəlif oyunlar, o cümlədən futbol oynadıqları meydançanın yerini göstərdiklərini, lakin heç bir iz tapa bilmədiklərini oxucuya çatdırır. Müəllif təəssüf hissi ilə onların acısını ovuda bilmədiyini və bu insanların “həyatlarının ən qiymətli hissəsini – öz uşaqlıqlarını itirdiklərini “ yazır. “46 yaşında həyatının əziz bir hissəsini - uşaqlığını itirən həmkarımı başa düşdüm. İnsanların illərlə öz doğma yurdlarından həsrətdə və bu gün bu fəlakət qarşısında nə hiss etdiklərini təsəvvür etmək çətindir. Əzablarını azaltmaq üçün təsəlli verən bir söz yoxdur”, – deyə reportajda qeyd olunur.

İtaliya Senatının Xarici Əlaqələr Komitəsinin sədri Vito Petrocellinin Ağdam səfəri ilə əlaqəli öz Twitter səhifəsində etdiyi paylaşımı xatırladan jurnalist senatorun “Ermənistan onu öz ərazisi hesab edirdisə, onu niyə dağıtdı?” sualına diqqəti yönəldir.

Reportajda müəllif həmçinin bildirilir ki, Ermənistan hələ də mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina edir və bu da hökumətin bərpa işləri aparmasına mane olur, mülki şəxslərin, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını gecikdirir.

Yazıya bu linkdən daxil olmaq mümkündür:

https://musulmansenfrance.fr/une-journee-a-aghdam-ville-fantome-du-karabakh/

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »