Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Havada müşahidə olunan toz axşam saatlarından etibarən azalacaq
Bakı şəhəri

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlərin nəticəsinə görə 23 aprel tarixində Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.

Dizimyol.info xəvər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilib.

Qeyd olunur ki, 22 aprel tarixində isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.

Paylaş »
››› İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirib
››› Azərbaycan 44 saata Qarabağın dağlıq hissəsini terrorçulardan təmizləyə bilər
››› BMT Təhlükəsizlik Şurası təcili toplanır - İsrail-Fələstin toqquşması
››› Hansı bizə daha yaxındır: Fələstin, yoxsa İsrail...
››› "Rusiyanin başqa variantı yoxdur"
››› Ermənistanda vəzifəli şəxslər həbs edilib
››› Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »